Ermənistana gedən qaz kəmərinin SOCAR-a satılması üçün proses başlayıb


Ermənistana gedən qaz kəmərinin SOCAR-a satılması üçün proses başlayıb

Font ölçüsü
Ermənistana gedən qaz kəmərinin SOCAR-a satılması üçün proses başlayıb.

Gürcüstan hökuməti bu ölkə ərazisindən keçib Ermənistana qaz nəql edən “Şimal-Cənub” magistral qaz kəmərinin səhmlərinin 25 faizinin Azərbaycanın dövlət neft şirkəti SOCAR-a satılması üçün müəyyən proseslər başladıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” (“Xalq”) qəzeti yazır. Qəzetin yazdığına görə bu haqda gürcü deputatlarından məlumat daxil olub.

Ermənistanın yanacaq və energetika nazirinin müavini Ayk Arutyunyan isə deyib ki, kəmərin 25 faizlik hissəsinin SOCAR-a satılması barədə əvvəllər də söz-söhbətlər olub. Lakin Gürcüstan tərəfi hələlik bu haqda rəsmi qərar verməyib. Onun sözlərin görə, kəmərin səhmlərinin bir hissəsi Azərbaycan şirkətinə satılsa da qazın fasiləsiz nəqli Gürcüstanın özünə lazımdır. Çünki Gürcüstan bundan tranzit gəlirlər əldə edir.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.