Azərbaycan neftinin qiyməti dəyişib


Azərbaycan neftinin qiyməti dəyişib

Font ölçüsü

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 53,60 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,07 dollar/barel azdır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 53,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,085 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 31-də 50,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyulun 31-də 51,79 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.