Azərbaycana 20 sm qar yağdı – FAKTİKİ HAVA


Azərbaycana 20 sm qar yağdı – FAKTİKİ HAVA

Font ölçüsü

Oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-59, Lənkəran-Astara zonasında 22-91, Böyük Qafqazda 4-20, Mərkəzi Aran rayonlarında 3-18, Kiçik Qafqazda 9-27, Qazax-Gəncə zonasında 2-9, Naxçıvan MR-da 3-15 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 13, Ləzədə 3, Lerik rayonunun dağlıq ərazilərində 10-20 sm təşkil edib.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.