Cavid Qurbanov: “Bakı dairəvi dəmir yolu genişləndiriləcək”


Cavid Qurbanov: “Bakı dairəvi dəmir yolu genişləndiriləcək”

Font ölçüsü

Bakı və Bakıətrafı dəmir yolu xəttini genişləndirməyi düşünürük.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

C. Qurbabovun sözlərinə görə, Bakıdan çıxan qatarlar təkcə Sumqayıta deyil, əks istiqamətə - Qaraçuxur qəsəbəsi, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayi, Novxanı və Sumqayıta qədər gedəcək.

“Digər tərəfdən bu xətt Bakı bağlarına, Maştağadakı "Bağlar" stansiyasına qədər uzadılacaq. Yolun biri də Dübəndiyə, Zirə kəndinin yaxınlığına qədər uzadılacaq. Bu xətlər elektrik qatarı xətləridir. Digər tərəfdən bu dəmir yolunun Binə qəsəbəsinə qədər uzadılması və gələcəkdə hava limanı ilə birləşməsi məsələsi də həll olunmalıdır. Bu, Bakı ətrafında böyük layihədir. Əvvəl vətəndaşlarımız Bakı bağlarında yay aylarında yaşayardısa, artıq daimi yaşayırlar. Biz də bu sakinlərin sürətli dəmir yolu vasitəsilə daşınmasını həyata keçirməyə çalışacağıq. Artıq işlərə başlanılıb, hazırlıq işləri görülür",- deyə C. Qurbanov əlavə edib.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.