“Moody’s”: Azərbaycanda iqtisadi artım gözlənilir


“Moody’s”: Azərbaycanda iqtisadi artım gözlənilir

Font ölçüsü

2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul 1,5 faiz arta bilər.

Dosye.org Trend-ə istinadən xəbər verir ki, bu barədə "Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilib.

"İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunur ki, bu il Azərbaycanda tədiyyə balansı ÜDM-in 1%-i olmaqla, profisitlə icra olunacaq. Bununla yanaşı, tədiyyə balansının profisiti dövlət borcunun sabitləşməsinə imkan verəcək.

Bildirilir ki, 2017-ci ilin əvvəlində neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatının sabitləşməsinə dəstək verdi:

"Neftin 65-70 dollar-barel səviyyəsində olan cari qiyməti Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək”.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.