Azərbaycanlı müğənninin avtomobilini soydular


Azərbaycanlı müğənninin avtomobilini soydular

Font ölçüsü

Keçmiş “N – brothers” qrupunun solisti, müğənni Vüsal Hacıyevin başına iş gəlib.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, gənc ifaçı avtomobilinin qarət olunduğunu bildirib.

“Hadisə ötən gücə Nərimanov prospekti ərazisində, evimin qarşısında baş verib. Avtomobilimin şüşəsini sındırıblar, talayıblar. Oğrular axtarış ediblər, fotoaparatımı götürüblər, amma sənədlərimə toxunmayıblar.

Hücumla bağlı 26-cı bölməyə müraciət etmişəm. Konkret olaraq heç kəsdən şübhələnmirəm. Bu ərazidə narkomanlar çoxdur. Onlardan biri edə bilər. Kamera olmadığı üçün bir az məsələ çətindir”, - deyə o bildirib.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.