“Hər sevişdiyimizlə dost olmuruq” – Amaliya Pənahova


“Hər sevişdiyimizlə dost olmuruq” – Amaliya Pənahova

Font ölçüsü

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova yaradıcılıq sirlərindən danışıb.

Yenicag.az-a açıqlama verən illərin sənətkarı bildirib ki, peşəkar aktrisa tərəf-müqabilləri ilə həyatdakı münasibəti səhnədə hiss etdirməməlidir. Bunu peşəkarlıq kimi dəyərləndirən xalq artisti səhnə fəaliyyətindəki münasibətlərin həyatdakı münasibətlərə dəxli olmadığını deyib:

“Əslində, istənilən həmkarımızla həyatda münasibətləri heç vaxt səhnəyə şamil etməmişik. Ola bilsin ki, səhnəyə çıxanda hansısa aktyorla aramızda gərginik yaşanıb. Amma elə oynamışıq ki, münasibətlərdəki gərginliyi tamaşaçı hiss etməyib. Buna deyirlər peşəkarlıq. Biz səhnədə hər küsdüyümüz şəxslə həyatda düşmən olmuruq, hər sevişdiyimizlə də dost olmuruq. Səhnədə yaşadığımız sevgini həyatda da yaşasaq, onda bizdə ürək qalmaz ki…”.

Aktrisa zahiri gözəlliyin səhnədə elə də önəm daşımadığını deyib:

“Gözəllik nisbidir, əsas olan ürək, istedad və səmimiyyətdir”.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.