Türkiyənin tanınmış aktyoru xəstəxanaya yerləşdirilib


Türkiyənin tanınmış aktyoru xəstəxanaya yerləşdirilib

Font ölçüsü

Türkiyənin tanınmış aktyoru Kadir İnanır xəstəxanaya yerləşdirilib.

Dosye.org  Türkiyə KİV-ə istinadən xəbər verir ki, həkimlər aktyorun beyin damarlarında tromp yarandığını bildiriblər.

Təcili cərrahiyyə əməliyyatı olunan K.İnanırın müalicəsi hazırda reanimasiya şöbəsində davam etdirilir.

Həkimlər deyib ki, aktyorun həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü K.İnanır ilk dəfə "Qara gözlüm" filmi ilə məşhurluq qazanıb. O, "Selvi Boylum Al Yazmalım" , "Tatar Ramazan" , "Bir Yudum Sevgi" , "Ölüm Yolu, Fırtına" , "Elveda Katya" , "Emanet" , "Kavgamız" , "Katırcılar" , "Bitirimler Sosyetede" və başqa ekran əsərlərində rol ifa edib. K.İnanır eyni zamanda bir çox seriallarda baş rol oynayıb.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.