Burak Özçivitin azərbaycanlı oxşarı efirdə hər kəsi təəccübləndirdi


Burak Özçivitin azərbaycanlı oxşarı efirdə hər kəsi təəccübləndirdi

Font ölçüsü

ARB TV”nin "Səhər-Səhər” verlişinə Burak Özçivitin azərbaycanlı oxşarı Bəkir Bəkirzadə qonaq olub.

Dosye.org  xəbər verir ki, Azərbaycanda və Türkiyədə məşhur olan aktyor Burak Özçivitin azərbaycanlı oxşarı qızların əlindən şəhərdə rahat gəzə bilməməyindən danışıb:

"Bu oxşarlıq həyatımı yaxşıya doğru da dəyişdi, pisə doğru da. Harasa gedəndə insanların reaksiyası o qədər olur ki, hətta oturub çay belə içə bilmirəm”.

Heç bir sənətinin olmadığını deyən Bəkir peşəkar futbolçu olduğunu qeyd edib:

"25 yaşım var. 10 yaş kiçiyəm Burak Özçivitdən. Mən Burak Özçivit haqqında oxumuşam. O, öz oxşarını bəyənmir. Amma əslində bu yaxşı hal deyil. Məsələn, mən sevdiyim futbolçunun oxşarını görsəm, və yaxud da ki, Bəkir Bəkirzadə kimi tanınsaydım hansısa bir sənət üzərindən və öz oxşarımı görsəydim, bu məni sevindirərdi ki, kimsə özünü mənə oxşadır. Mən özüm o insanla şəkil çəkdirərdim ki, bu insan mənim oxşarımdır”.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.