Tahir Süleymanovdan dindarlara ultimatum: "Məsciddə azanı yığışdırın, məni narahat edir"


Tahir Süleymanovdan dindarlara ultimatum: "Məsciddə azanı yığışdırın, məni narahat edir"

Font ölçüsü

Son günlər ölkə mətbuatında deputatlarla bağlı maraqlı məlumatlar dərc edilir.

“Od olmayan yerdən tüstü çıxmaz” deyib atalarımız. Etiraf edək ki, millət vəkillərinin bir qismi Eldar Mahmudovla, bir qisminin adı isə digər xoşagəlməz olaylarda hallandı. Bəziləri istisna olmaq şərti ilə demək olar ki, Milli Məclisdə milət halına yanan belə yoxdur. Elə götürək, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən minbir yollarla seçilmiş Tahir Süleymanovu. Bəri başdan qeyd edək ki, adı hallanan millət vəkili öz şəxsi maraqların naminə vacib bir kürsünü zəbt edib. 

Dosye.org-a daxil olan maraqlı informasiya ondan ibarətdir ki, Tahir Süleymanov məsciddə verilən azanı qadağan etdirmək niyyətindədir. Redaksiyamıza məlumat verən mənbə vurğulayır ki, deputatın dəbdəbəli villası məscidə yaxın ərazidə yerləşdiyi üçün bu qərarə gəlib. Süb namazı üçün verilən azan deputatı yaman “narahat” edirmiş. Bu səbəbdən Tahir Süleymanov məscidin axunduna ultumatum verib. CƏNAB DEPUTAT, NAMAZ HƏR BİRİMİZƏ VACİBDİR...

 Digər bir məlumatda isə bildirilir ki, məscidə toplaşan dindarlar deputata rədd cavabı verib. Görünür, deputatımızın şəxsi imkanlar yüksək olduqca Allahın qanunlarına müdaxilə edir. Əslində, bu cür yanaşmalar seçicilərin də nifrətini qazandırır. İnanırıq ki, qeyd etdiyimiz məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq. Və Alahın büyürdüyünə qarşı çıxan şəxslər öz layiqli cavablarını alacaq. Bu istiqamətdə araşdırmalarımız davam edir...

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.