Gəncədən bir qurup müəllim Mikayıl Cabbarova MÜRACİƏT ETDİ


Gəncədən bir qurup müəllim Mikayıl Cabbarova MÜRACİƏT ETDİ

Font ölçüsü

Dosye.org saytın elektron ünvanına Gəncə şəhəri 10 saylı orta məktəbin bir qurup müəllimi tərəfindən Təhsil Naziri Mikayıl Cabbarova müraciət daxil olub. Müəllimlərin xahişini nəzərə alıb müraciəti olduğu kimi ixtiyarınıza veririk:

Azərbaycan Respublikasının Təhsil Naziri

Mikayıl Cabbarov  cənablarına 

Gəncə   şəhərindəki  10  saylı orta    

məktəbin bir  qrup  müəllim kollektivinin

                                      MÜRACİƏTİ

Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə, dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar. Bəs görəsən hansı səbəbdən bu mütərəqqi proseslərin həyata keçirilməsinə görə məsul olan vəzifələrə, bəzən onları əngəlləyəcək insanlar təyin olunurlar? Belələrinin əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda, onları heç kəs cəzalandırmır. Bax bu hal olduqca həm qorxulu, həm də diqqəti cəlb edən andır.

Biz, Gəncə şəhərindəki 10 saylı məktəbin müəllimləri  Gəncə şəhəri 10 saylı məktəbin direktoru Əliyeva Arzu Şirin qızının qanunsuz əməllərindən danışmaq istəyirik.

Samux  rayonunun  sabiq  icra  başçısı Vilyam Hacıyev  tərəfindən  Navağalı  qəsəbə  məktəbinin  direktoru vəzifəsindən ,eyni  zamanda  məntəqə sədrliyindən  biabırçı  şəkildə  qovulan   Əliyeva  Arzu  Şirin  qızı  bu yaxınlarda  Gəncə  şəhərindəki 10 saylı  orta məktəbə  direktor  təyin  olundu.

Direktor  təyin olunan  bir  gündən Arzu Əliyeva  kollektivdə  öz kobud  hərəkətləri  və  davranışı ilə  fərqlənməyə  başladı.Ərinin,  yəni el arasında Qəzi  adı  ilə  məşhur  olan  həyat  yoldaşının  Gəncə  şəhər  İcra  Hakimiyyətinin başçısı  Elmar  Vəliyevə  yaxın  olmasından  tez-tez  istifadə edərək  heç kimdən qorxmadığını  bildirir  və  deyir ki,gedin  kimə  istiyirsiz  şikayət  edin.Bu adam qadın  olmağına  baxmayaraq  dərsə  girib  hətta anası  və   atası   yaşında  olan  müəllimlərə  belə  şagirdlərin gözü qarşısında qışqırır,ədəbsiz sözlər işlədir.Belə hərəkət heç bir pedaqoji etikaya sığmır.  Məktəbdə rüşvət ayaq tutub yeriyir..

Məktəbəqədər  hazırlıq  qruplarında  dərs  demək üçün məktəbin iki laborantından(????)   hərəsindən  5000 manat  pul alaraq  həmin  qrupları  onlara vermişdir,həmin  işçilər  qanunsuz  hazırlıq  qruplarında  dərs  aparırlar.Əmək haqqı  isə məktəbin Aybəniz   və  Sona adlı  müəllimələrinin adına yazılır  və   həmin pullar  Arzu  Əliyevaya  çatır.Arzu  Əliyeva  məktəbə gəldiyi  gündən məktəbin  təsərrüfat  işləri üzrə  direktor  müavini  Vahid  adlı  şəxsi  heç  bir  səbəb  olmadan  işdən çıxarıb.Onun  əvəzınə  6000   manat  müqabilində  Kazımov Arzu adlı şəxsi   işə qəbul edib.Bufetdə  şagirdlərə  xidmət   göstərən  xadimə  Təranə  adlı şəxs  ümumiyyətlə,  işə   gəlmir,lakin  onun  maaş  kartı  direktor   Arzu  Əliyevadadır.Məktəbdə   dalandar  vəzifəsinə  isə  adı  məlum olmayan bir şəxsi  təyin etmişdir  və  bu şəxs  ümumiyyətlə,  işə gəlmir,buna  baxmayaraq  onun da  da maaş kartı Arzu Əliyevadadır və maaşını da Arzu Əliyeva alır.

Binanın  mühafizəsində  növbətçi statında    2  nəfər  işçi vardır,lakin bu şəxslər də  heç vaxt işə gəlmirlər.Ona görə  də  həmin vəzifə  Elman   adlı  kənar bir   şəxs  tərəfindən   icra edilir,həmin  işçilərin  maaş  kartı  isə  direktor   Arzu  Əliyevadadır.

Arzu Əliyeva  məktəbin  hər  bir  yerinə  kamera  qoydurub,məktəbə həftələrlə  gəlmir ( işə gələndə də ədəbsiz danışıqları və kobud ifadələri özündən qabaq  gəlir) və  məktəbi  skayp  vasitəsilə  telefonla  idarə  edir.

Arzu  Əliyevanın   həyat  yoldaşı isə Samux  rayonu  İcra  Hakimiyyətində İcra başçısının təsərrüfat  məsələləri üzrə  müavini  işləyir.Sabiq   icra   başçısı  Vilyam Hacıyev  həm  Arzu  Hacıyevanı,həm də onun yoldaşı    Qəzənfər adlı  şəxsi qudurganlıgına   və  biabırçı  hərəkətlərinə  görə  işdən  qovmuşdu.Lakin  onlar   Samux  rayon   İcra  Hakimiyyətinin  başçısı   Alı  Qocayev  tərəfindən naməlum səbəblərdən   öz   işinə  qaytarıldı.  Elmar Vəliyevin  Qəzi  adlı  şəxslə yaxın olması  ucbatından  Arzu Əliyeva  qol-qanad  açıb.Arzu Əliyeva  əvvəllər müqavilə  əsasında  təhsil  idarəsində  inspektor  işləsə  də  dövlət  qullugu imtahanından  keçməməsinə  baxmayaraq  naməlum  səbəblərdən  direktor vəzifəsinə təyin olunub.Müəllimələrlə  söhbətində Arzu xanım  gün ərzində  dəfələrlə  Sizə yəni Təhsil Naziri  Mikayıl  Cabbarovla  bir   neçə  dəfə  telefonla  danışdığını  bildirir və hamını hədələyir.

Xahiş  edirik  ki,bu  özbaşınalıqların, heç  bir  pedaqoji  etikaya  sığmayan hərəkətlərin  qarşısını  almaqda  bizə  köməklik göstərəsiniz .

Hörmətlə,

 Gəncə şəhər,10 saylı  məktəbin bir qrup müəllimi           

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.