Göyçay sakinlərindən prezidentə və vitse prezidentə MÜRACİƏT


Göyçay sakinlərindən prezidentə və vitse prezidentə MÜRACİƏT

Font ölçüsü

Dosye.org-ın elektron ünvanına Göyçay rayonu Nizami küçəsi dalan 14 sakinləri tərəfindən ölkə başçısına şikayət məktubu ünvanlanıb. Vətəndaşların xahişini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:

Biz üzləşdiyimiz qanunsuzluğa görə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və zərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək istəyirik. Bu şikayətimizdə yazıb bildirirk ki. Göyçay rayon icra hakimiyyət başçsı Mehdi Səlimzadə vəzifəsinin öhdəsindən gələ bilmir. Rayonda heç bir abadlıq işləri aparılmır. Bizim yaşadığımız Nizami küçəsi dalan 14 yolu çox bərbad gündədəir ki, burada nəinki piyada həttda avtomobilər belə çətinliklə hərəkət edir.Küçənin yolu tamamilə dağılıb deyə yağış suları, palçıq əlindən sakinlər hərəkət edə bilmir. Azyaşlı uşaqlar məktəbə gedəndə çətinlik çəkirlər. Yağış yağanda su küçəni basır deyə tamamilə hərəkət dayanır. Belə olanda uşaqlar məktəbə gedə bilmir. Küçəyə asfalt örtüyü çəkilməsi üçün Göyçay rayon icra başçısı Mehdi Səlimzadəyə dəfələrlə ərizələrlə müraciət etmişik, sakinlər bir yerdə qəbulunda olmuşuq ancaq heç bir tədbir görmək istəmir. Nizami küçəsi şəhərin mərkəzində yerləşir. Ancaq laqeyidlik nəticəsində ən ucqar kəndin yolundan da pis vəziyyətdədir. Buna görə də biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik Göyçay şəhəri Nizami küçəsi dalan 14-ün yoluna asfalt çəkilməsinə köməklik göstərəsiniz. Biz Prezident İlham Əliyevə və Mehriban xanıma inanırıq.İnanırıq ki, bizim bu problemin həll edilməsinə göstəriş verəcəksiniz.

İmza; Göyçay rayonu Nizami küçəsi dalan 14 sakinləri

                                                                                                                                                                                  1. Qurbanov Anar Elton oğlu əlaqə telefonu; (055) 717-54-45

2. Qasımov Elman Fərman oğlu                                                                                                                                      3.Məhərrəmov Ruslan Məhərrəməli oğlu                                                                                                                          4.Zülfüqarova Şərqiyyə Əlisahib qızı                                                                                                                                  5. Qədirov Rəhim Bəşir oğlu                                                                                                                                            6. Məmmədov Rahil Firuddin oğlu                                                                                                                                    7. Həsənov Orxan Fikrət oğlu                                                                                                                                          8. Umudova Fatma Musa qızı             

9. Qasımova Dilşad İbrahim qızı

10. Məmmədov Anar Müşfiq oğlu

11. Umudov Əziz Talıb oğlu

12. Əliyeva Sitarə Muxtar qızı

13. Qasımov Siyavuş Fərman oğlu

14. Adilova Xuraman Ağaələkbər qızı

15. Məmmədova Sədəf Rumxan qızı

16. İbrahimova Yavər Ata qızı

17. Qurbanov Şaiq Faiq oğlu

18. Məmmədova Göyçək Şakir qızı

19. Məmmədova Qızxanım Rəsul qızı

20. Məmmədova Xəzangül Məmməd qızı

21. Məmmədov Ramil Rahil oğlu

22. Məmmədova Səhər Usub qızı

23. Məmmədov Müzəffər Mövlan oğlu

24. Məmmədova Ayşən Rahil qızı

25. Qasımova Fatma Qulam qızı

26. Məmmədova Qələmnaz Rəşid qızı

27. Məhərrəmova Zəminə Həmzə qızı

28. Qurbanov Elton Faiq oğlu

29. Qurbanova Şəhanə Faiq qızı

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.