“Ağdaş Sukanal”ın şöbə rəisi güllələnərək öldürülüb


“Ağdaş Sukanal”ın şöbə rəisi güllələnərək öldürülüb

Font ölçüsü

Ağdaş rayonunda qətl hadisəsi törədilib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saat 22:00 radələrində Ağdaş şəhərindəki kafelərdən birində qeydə alınıb.

Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayev kafedə birgə yeyib-içdiyi dostu ilə aralarında insident baş verib. Adı hələ ki, məlum olmayan şəxs Elçin Babayevə üstündə gəzdirdiyi tapançadan bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan şöbə rəisi hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxs qaçıb gizlənib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onun qısa zamanda tapılaraq istintaqa təhvil verilməsi üçün bütün qüvvələr səfərbər edilib. Hazırda rayonun giriş və çıxış yolları nəzarətə götürülüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.