Direktor jurnalisti TƏHQİR ETDİ: “Qələt edib mənə zəng vurmusunuz!”


Direktor jurnalisti TƏHQİR ETDİ: “Qələt edib mənə zəng vurmusunuz!”

Font ölçüsü

Yeni tədris ili başlayar-başlamaz müəyyən problemlər artıq baş qaldırır.

Sumqayıtda valideynlər tərəfindən Xeberle.com saytının elektron ünvanına və sosial şəbəkələrdəki səhifələrinə orta məktəblərdə yığılan təmirpulu ilə bağlı şikayətlər daxil olub.

Dosye.org xəbər verir ki, valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün saytın əməkdaşı Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva ilə əlaqə saxlayıb. R.Tağıyeva jurnalistə kobud şəkildə cavab verib:
“Mən heç kimdən pul yığmıram. Məndən başqa bütün məktəblər pul yığır bu bir, ikincisi isə sizə heç bir haqq vermirəm. Siz mənə qələt edib zəng etmisiniz. Fsyo!”.

Ruhiyyə Tağıyeva ötən ilin aprel noyabr ayları ərzində Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. O, müdir postu ilə vidalaşdıqdan sonra 1 saylı məktəbə direktor vəzifəsinə təyin olunub.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.