Zərdabda Qarabağ əlili intihar etdi... AMMA


Zərdabda Qarabağ əlili intihar etdi... AMMA

Font ölçüsü

Dosye.org saytın elektron ünvanına Zərdab rayonu 20 Yanvar küçəsi ev 51 sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Osmanov Ziya Şahmurad oğlu tərəfindən müraciət daxil olub. Vətəndaşın xahişini nəzərə alıb ünvanlanan müraciəti olduğu kimi ixtiyarınıza veririk:

Mən 2-ci qrup Qarabağ müharibəsi əlili Osmanov Ziya Şahmurad oğlu bu gün üzləşdiyim qanunsuzluğa görə Zərdab rayon icra hakimiyyətinin qarşısında haqsızlığa etiraz olaraq intihar etmək istəsəmdə qarşısı zorakılıqla alındı. Belə ki, Zərdab rayonunda öz obyektimdə çayxana fəaliyyəti göstərib qazandığım qəpik-quruşla ailəmi dolandırıdım.Üzbəüzdə olan obyektin və küçənin kanalizasiya suyu çayxanama axdığı üçün 3 ildir ki, fəaliyyətimi dayandırmışam. Bunun qarşısını alan yoxdur. Həmin üzbəüzdə yerləşən obyekt gəlinlik paltarının icarəsi və qadın bər-bərxanası Zərdab şəhər meri Hafiz Kərimova məxsusdur. Mən bu özbaşınalıq barədə dəfələrlə Zərdab rayon icra başçısı Lütvəli Babayevə müraciət etsəmdə, qəbullarında olsamda heç bir tədbir görmür. Mənə deyir ki, mənə heç kim heç nə edə bilməz get əlindən gələni yüz qaba çək. Mərkəzi orqanlara yazdığım şikayət ərizələrimdə icra olunması üçün Zərdab rayon icra başçıs Lütvəli Bbayevə göndərilsədə heç bir mənsaı yoxdur. Ali təhsilli həyat yoldaşım uşaq dərnəyində işləyirdi. Pambığ yığımına getmədiyi üçün icra başçsının göstərişi llə işdən çıxarılıb. Himayəmdə iki azyaşlı övladım var. İmkansızlıqdan bu il onlar məktəbə gedə bilməyəcək. İstəyirəm ki, onları uşaq evinə verim. Lütvəli Babayev məni çıxılmaz və acınacaqlı duruma saldığı üçün özümü öldürmə həddindəyəm. Bu gün Zərdab rayon icra hakimiyyətinin qarşısında üstümə benzin töküb yandırmaq istəsəmdə oranın əməkdaşları zorakılıqla qarşısın aldılar.Polis buna görə araşdırma aparır izahat verdim ki, onsuzda intihar edəcəm daha bezmişəm bu qədər özbaşınalıq və buna dözmək olmaz. Mən mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm mənə kömək edin 10 il zərdablılara zülm edən Lütvəli Babayevin barəsində tədbir görün. Zərdab Azərbaycanda ən geridə qalmış rayona çevrilib.

Dosye.org

REDAKSİYADAN: Saytımıza daxil olan müraciətdə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.