Ekologiya nazirliyində kadr "BAZARLIĞI"


Ekologiya nazirliyində kadr "BAZARLIĞI"

Font ölçüsü

Dövlət qurumlarında mühüm vəzifələrin uzun müddət boş qalması artıq ənənə halını alıb. Daha doğrusu, vəzifə kiməsə həvalə olunur, yəni  müdir əvəzi, direktor əvəzi kimi fəaliyyət göstərir. Sovet dövründə belə vəzifəli şəxslərə i.o ( исполнительный обязанности ) deyirdilər və bunun müddəti maksimum 1 ay çəkə bilərdi.

Ancaq son illər Azərbaycanda nəinki müdir, direktor, rəis, agentlik rəisləri yeri belə aylarla, bəzən illərlə boş qalır. Və bunun səbəbini anlamaq olmur. NUH.az-ın araşdırması  zamanı bəlli olub ki, belə hal  Ekologiya  və Təbii Sərvətlər Nazirliyində də ənənə halını alıb.

Bəlkə savadlı, ixtisaslı kadr çatışmazlığı var? Bu inandırıcı deyil. Çünki hazırda Azərbaycanda istefada olan polis rəsilərinin Azərişığın, Azərsunun və digər qurumların rayon şöbələrinə rəis təyin olunması adi haldır.

NUH.az-a daxil olan məlumata görə,  Ekonazirliyin bəzi ərazi şöbələrinə keçmiş  “voyenkom”lar təyin olunur. Deməli, problem kadr çatışmazlığında deyil. Onda icazə verin şübhələnək ki, problem vəzifənin hərraca çıxarılmasıdır?

Nia.az Ekonazirliyin saytına istinadən boş qalan ( əvəzedici ) vəzifələrin bir hissəsini oxuculara təqdim edir. Həm də söhbət meşəbəyi köməkçisindən, yaxud meşəbəyidən getmir.

1 saylı Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsi

Müdir əvəzi –  Tahirov Rəfayıl İltifat oğlu

6 saylı Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsi

Müdir əvəzi – Abdullayev Samir Şikar oğlu

7 saylı Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsi

Müdir əvəzi – Şirinov Şükür Şikar oğlu

8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi

Müdir əvəzi – Abışov Məzahir Hüseyn oğlu

9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi

Müdir əvəzi – Qasımov Əlikram Bəybala oğlu

11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi

Müdir əvəzi – Əliyev Əlirza Rza oğlu

16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi

Müdir əvəzi – Həsənov Firdovsi Səfər oğlu

Şuşa Ərazi Ekologiya və Təbbi Sərvətlət İdarəsi

 Rəis əvəzi – Bəhmənov Turqay  Nizami oğlu

Qubadlı Ərazi Ekologiya və Təbbi Sərvətlət İdarəsi

 Rəis əvəzi – Alışov Əli Muxtar oğlu

Meşələrin İnkişafı Departamenti  

Direktor əvəzi – Abbasov Söhrab Aydın oğlu

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişaf Departamenti

Direktor əvəzi – Əlizadə Hikmət Samət oğlu

Milli Hidrometeorologiya Departamenti

Direktor əvəzi – Həsənov Əkbər Bədəl oğlu

Hidrometeoroloji proqnozlar Bürosu

Direktor əvəzi – Məmmədova Gülşad Vaqif qızı

Nia.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.