Ramin Quluzadənin DİQQƏTİNƏ: Cəlilabadda 800 manatlıq "siftə"


Ramin Quluzadənin DİQQƏTİNƏ: Cəlilabadda 800 manatlıq "siftə"

Font ölçüsü

Cəlilabad TKQ rəisi ötən həfdə fürsətdən istifadə edərək yaxşı qacanc əldə edib.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Belə ki, rayonun Günəşli kəndinə gedən optic kabeli Cəlilabad şərab zavodu tərəfindən qırılmış və zavodun direktoru Mustafa müəllim 800 manat nağd pul ödəyib. Lakin Cəlilabad TKQ-nin rəisi Sakit Şirəliyev ödənilən pulu elə yerindəcə həll edib. Güya, kabel naməlum şəxslər tərəfindən qırıldığı  bildirilib.

Mənbəmiz iddia edir ki, dəyilmiş ziyan TKQ xəzinəsinə mədaxil olunmalı idi. S. Şirəliyev əldə edilən 800 manatı şəxsi hesabına keçirib. Əslində daxil olan məlumat heç də təəcüblü deyil. Çünki yeni vəzifə sahibi məclislərin birində söhbət zamanı bildirib ki, təsadüfi rəis olmayıb.

Min bir əziyyət hesabına Cəlilabad TKQ-sına “transfer” olunan S. Şirəliyev “şapkanın” üçdə bir hissəsini artıq əldə edib. Digər bir məlumatda isə bildirilir ki, Cəlilabad TKQ-nin rəisi Sakit Şirəliyev iş günün nahar fasiləsindən sonra rayonda fəaliyyət göstərən Cənub restoranında məclislər qurur. Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləyin.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.