Ziya Məmmədova görə kimlər hərəkətə keçdi?- Generalın qudasını bu işə vadar edən nədir?


Ziya Məmmədova görə kimlər hərəkətə keçdi?- Generalın qudasını bu işə vadar edən nədir?

Font ölçüsü

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu ölkə rəhbərliyinə minnətçi salmağa təşəbbüs göstərib.

Belə ki,  sabiq nazirin sürücüsü Bəhruz Xəlilov qudası, Naxçıvan Əlahiddə Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevdən Z.Məmmədovun xahişini edib.

Məlumata görə, bu yaxın günlərdə Bakıdakı böyük restoranlardan birində Kərəm Mustafayevin qohumunun toyu olub. Həmin toyda iştirak edən Bəhruz Xəlilov qudasından Ziya Məmmədovun xahişini edib. Onun istəyi bundan ibarət olub ki, Vasif Talıbov ölkə rəhbərliyinə Ziya Məmmədovla bağlı ağız açsın, onun var-dövlətinin əlindən alınması prosesi dayandırılsın. Kərəm Mustafayevin qudasının bu xahişinə necə reaksiya verdiyi məlum deyil.

Bir daha nəzərinizə çatdıraq ki, məlumatı AFN saytı yayıb.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.