Cəmiyyət


Zakir Qaralovdan yeni təyinat

Prokurorluq orqanlarında yeni təyinat olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış İlqar Abbasov ötən gün Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhər prokuroru təyin olunub.

Səlahiyyət müddəti başa çatan Bakı şəhər prokuroru olmuş Əziz Seyidov aprelin 25-də Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.

Dosye.az

Beş yaşadək uşaqlarla bağlı şad xəbər

Azərbaycanda müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında 5 yaşadək uşaqlar ödənişsiz gedəcəklər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qaydaya əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa uşaq bileti alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə, həmçinin 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti alınmalıdır. 10 yaşdan yuxarı olan uşaqların getməsinə görə gediş haqqı müəyyən olunmuş tarifin tam həcmində alınır. Marşrut taksi rejimində işləyən avtobuslarda uşaq biletləri tətbiq edilmir və ayrıca yer tutan uşağa müəyyən olunmuş tarifin tam həcmində gediş bileti alınır.

Dəyişikliyə əsasən, bundan sonra şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malik olacaq.

Yəni şəhərdaxili (rayondaxili) avtobuslarda 5 yaşadək uşaqların ödənişsiz gedişi ilə bağlı say məhdudiyyəti qoyulmayacaq.

Dosye.az

 

Özündən 28 yaş kiçik qızla evlənən polkovnikin keçmiş həyat yoldaşından ŞOK AÇIQLAMA

Ötən gün özündən 28 yaş kiçik qızla evlənməsi ilə gündəmə gələn 60 yaşlı polkovnik Əzizağa Qənizadənin 2-ci həyat yoldaşı maraqlı açqılamalar verib.

Bu barədə BAKU.WS-ə danışan Gültamam Qənizadə keçmiş həyat yoldaşının psixoloji problemlərinin olduğunu söyləyib. O, bildirib ki, dəfələrlə xəyanətə məruz qalıb və boşandıqdan sonra keçmiş əri ondan ev və pul tələb edib.

"Biz boşandıqdan sonra mənə və ailəmə hədə-qorxu gəlməyə başladı. Biz atamın mənə verdiyi evdən məcbur qalıb ona 20 min dollar verdik. O, məni iki körpə uşaqla məhkəmələrdə süründürdi. Daha sonra başladı məni başqa cür hədələməyə. Atamın mənə hədiyyə etdiyi iki maşını, torpaq sahəmi əlimdən aldı. Birinci həyat yoldaşından olan oğlunu qoymurdu evə gəlməyə. Hazırda ailə qurduğu qadın Gülşən xanım imkan vermir ki, o, uşaqları ilə görüşsün. Qənizadə mənim uşaqlarımı rədd edir. Uşaqlarına qətiyyən baxmır, onlarla maraqlanmır. Mən ondan heç nə tələb etmirəm. O, oğlu yaşında qızla evlənir. Yalandan deyir ki, guya biz 10 ildir ayrılmışıq. Halbuki aradan 4 il keçib. Onun birinci həyat yoldaşı çox gözəl insan idi. Onu Qənizadə Əzizağa çox pis günə qoyub. Ondan da ev tələb edib. Nəticədə 20 min dollarlıq kompensasiya alıb. İlk həyat yoldaşı Yeganə xanım 18 yaşlı qızlarının xəstə olduğunu və ona müalicəsində köməklik etmək üçün dəfələrlə yalvarırdı. Əzizağa onu cavabında əxlaqsız söyüşlərlə təhqir edirdi. Daha sonra qız dünyasını dəyişdi. Mən onunla ailə qurduqdan sonra onun necə insan olduğunu öyrənmişəm. Mən Bakı Dövlət Universitetinin məzunuyam. Fizika üzrə fəlsəfə doktoruyam, Fizika insitutunda çalışıram", - deyə Gültamam Qənizadə bildirib.

Xatırladaq ki, ötən gün ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin 32 yaşlı qızla evlənməsi xəbəri yayılmışdı. Bunun 4-cü evliliyi olduğu deyilirdi.

Dosye.az

Nazirlik rəsmisi: Bəzən ödəniş tələb olunmayan yerdə xəstədən ödəniş tələb edilir

Azərbaycanda həkim və pasiyentlər arasında sonradan hər hansı problemin olmaması üçün həkim-pasiyent münasibətlərinin qurulması prinsipi dəyişməli və bu münasibətlərin qurulmasında düzgün yanaşmalar tətbiq edilməlidir.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin (SN) Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

E.Əzizovun sözlərinə görə, bu gün Azərbaycanda həkim məsuliyyətinin artırılması üçün qanunvericilikdə hər hansı dəyişikliklərin edilməsinə ehtiyac yoxdur: ”Bu sahədə qanunvericilikdə ümumiyyətlə, boşluq yoxdur. Qanunvericilikdə həkimlərin məsuliyyət məsələsi ilə bağlı kifayət qədər sanksiyalar var. Bunlar ilk növbədə intizam tədbirlərini nəzərdə tutan məsuliyyətlərdir. Həkimin əmək fəaliyyətində pozuntular olarsa, həkim səhvi qeydə alınarsa, o, intizam qaydasında məsuliyyətə cəlb edilir. Belə halda həkim nəinki intizam, hətta cinayət məsuliyyətinə, təzminatla bağlı mülki məsuliyyətə də cəlb oluna bilər. Yəni qanunvericilik bu məsələləri kifayət qədər tənzimləyir və hüquqi baxımdan heç bir problem yoxdur. Problem sadəcə olaraq, ondadır ki, həkim-pasiyent münasibətlərinin qurulması dəyişməli və münasibətlərin qurulmasına yanaşmalar düzgün olmalıdır. Həkim və pasiyent bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdır. Qarşılıqlı hörmət olsa, tərəflər bir-birlərinin vəzifələrinə və hüquqlarına hörmətlə yanaşsalar, şikayətlərin də bir çoxu aradan qaldırılacaq. Hazırda bununla bağlı “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi ilə birlikdə regionalarda treninqlər keçirilir. Bu treninqlərin keçirilməsində də məqsəd odur ki, həkim və pasiyent arasında olan anlaşılmazlıqlar aradan qaldırılsın”.

E.Əzizov qeyd edib ki, nazirliyə daxil olan şikayətlər daha çox pasiyentlər tərəfindən edilir: “Onlar tibbi xidmətlərin düzgün olmamasından, tibb işçilərinin etik davranış qaydalarından şikayət edir, neqativ hallarla bağlı narazılıq edirlər. Bəzən olur ki, ödəniş tələb olunmayan dövlət müəssisəsində pasiyentdən ödəniş də tələb edilir. Belə müraciətlərin hamısı SN tərəfindən araşdırılır və pozuntu olduğu təqdirdə tədbirlər görülür”.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda pasiyentlərin öz hüquqlarını qoruması, həkim səhlənkarlığından şikayət edərək vurulan ziyan əvəzində təzminat tələb etməsi son zamanlarda müşahidə edilir: “Belə halların olmasını normal qarşılayıram. Belə hallar varsa, bu, insanların daha yaxşı maariflənməsinin, tibb xidmətlərinin müxtəlifliyinin göstəricisidir. Geridə qalmış ölkələrdə belə məsələlər ümumiyyətlə, gündəmdə olmur”.

Dosye.az

Abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Ötən il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında bildirilib ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 32,61 faizi 0-99 bal yığıb.

Qeyd olunub ki, oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.