Bu yolda hər an qəza təhlükəsi yaşana bilər


Bu yolda hər an qəza təhlükəsi yaşana bilər

Font ölçüsü

Yol hərəkəti haqqında qanuna görə, piyada keçidi nəzərdə tutulan yerlərdə həm nişan olmalı, həm də zolaq çəkilməlidir. Amma Sumqayıtda bəzi yollarda bu qaydalara əməl edilməyib. Zolaq olmadığından sürücülər nişanın tələbini pozurlar.Buna görə də sürücülər əksər hallarda piyadalara yol vermir.

ARB 24 xəbər verir ki, piyada və sürücüləri çaş-baş salan bu yol şəhərin Heydər Əliyev prospektində “Növbətçi” mağaza deyilən hissəsində yaşanır. Yol yeni asfaltlansa da, bəzi hissələrdə nişanlar çəkilməyib. Sürücülər piyada ölümü ilə nəticələnəcək qəzanın baş verəcəyindən ehtiyatlanırlar.

Yaxınlıqda məktəbin olması isə təhlükənin miqyasını daha da artırır. Sakinlər onu da dedilər ki, əraziyə bir müddət əvvəl piyada keçidinin olduğunu bildirən nişanlar qoyulsa da, asfalta zolaq çəkilməyib. Bu da əlavə çətinliklər yaradır.

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Sumqayıt İcra Sahəsindən isə bildirdilər ki, məsələ şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Bu qurumdan isə dedilər ki, yolun qalan hissələrində də yaxın vaxtlarda zolaqların və nişanların çəkilməsi həyata keçiriləcək.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.