Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısına ev verildi


Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısına ev verildi

Font ölçüsü

"Qaçqınkom” çağırdı. Dedi, tezliklə açarı da verəcəyik. Dedilər ki, Masazır qəsəbəsindəki məcburi köçkünlər şəhərciyində sizin üçün ev ayrılıb. Orderini də verəcəklər. Sadəcə, hələ evin tam hazır olmadığını bildirdilər”.

Bunu Modern.az saytına açıqlamasında mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva bildirib.

Xatırladaq ki, bu ilin 21 martında mərhum jurnalistin bacısı və övladının sığındığı Pirşağı qəsəbəsi "Məşəl” düşərgəsindəki ev yanaraq kül olub. Bundan sonra kirayədə yaşayan Sevinc Əliyeva bir çox maddi və mənəvi problemlərlə üzləşib.

Evsiz qalan xanım bu gün nəhayət ki, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin onu evlə təmin etdiyini bildirib.

S.Əliyeva "facebook” sosial şəbəkəsindəki şəxsi hesabında öz sevincini bu cür bölüşüb:

"Dostlar, tezliklə evin açarları veriləcək. Jurnalist dostlarımı da sevincli anlarımı bölüşməyə dəvət edəcəm”

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.