İŞİD üzərində qələbə münasibətilə İraqda parad keçiriləcək


İŞİD üzərində qələbə münasibətilə İraqda parad keçiriləcək

Font ölçüsü

İraq hökuməti İŞİD terror qruplaşması üzərində qələbəni elan etmək münasibətilə dekabrın 9-da hərbi parad keçirmək niyyətindədir. Bununla bağlı RİA "Novosti" ölkənin təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, İraqın silahlı qüvvələrinin, ordusunun, xalq müdafiəçilərinin (müdafiə qoşunu) iştirakı ilə parad şənbə günü baş tutacaq. Hərbi tədbirdə İŞİD terror qruplaşması üzərində qələbə və hərbi əməliyyatların dayandırılması elan ediləcək.

Xatırladaq ki, İraqın baş naziri Heydər əl-Abadi noyabrın 21-də İŞİD-in ölkədə məğlubiyyətə uğradığını elan edib.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.