Suriyadan İsrailə raket atıldı


Suriyadan İsrailə raket atıldı

Font ölçüsü

Suriya ərazisindən atılan raket mərmisi Qolan təpələrinin İsrailin nəzarətində olan hissəsinə düşüb.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilib. Hadisənin itkisiz ötüşdüyü bildirilib:

“İsrail hərbi qüvvələri güman edir ki, olay Suriyada hökumət qüvvələri ilə müxaliflər arasında baş verən silahlı atışmalar zamanı yaşanıb və raket atışı qəsdən həyata keçirilməyib. Hadisə zamanı zərərçəkən olmayıb”.

İsrailin cavab zərbəsi ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, adətən İsrail tərəfi bu kimi olaylara sərt şəkildə cavab verir.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.