Rusiya: şəbəkədə kimlər var?


Rusiya: şəbəkədə kimlər var?

Font ölçüsü

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sosial şəbəkə istifadəsi ilə bağlı sorğu keçirib. Novator.az bildirir ki, sorğunun fevralın 12-də açıqlanan nəticələrinə görə, yaşı 18-dən yuxarı respondentlərin 45%-i hər gün, 62%-i isə həftədə azı bir dəfə sosial şəbəkədən istifadə edir.

Respondentlərin üçdə biri sosial şəbəkədən heç istifadə etmədiyini bildirib. Onların 20%-i internetə giriş imkanının, 10%-i isə sosial şəbəkə hesabının olmamasını əsas gətirib.

Sorğu göstərib ki, 18-24 yaş arası gənclərin 91%-i, 25-34 yaşlı respondentlərin 69%-i, yaşı 60-ı keçənlərin 15%-i sosial şəbəkədən gündəlik yararlanır.

Tədqiqat Rusiyada ən populyar sosial şəbəkənin “Vkontakte” olduğunu göstərib. Respondentlərin 28%-i “Vkontakte”, 19%-i “Odnoklassniki”, 14%-i “İnstaqram”, 4%-i “Facebook” və “Moy mir”, 1%-i “Twitter” və “Jivoy jurnal” şəbəkəsindən istifadə etdiyini açıqlayıb.

Sorğu 2017-ci ilin dekabrında yaşı 18-dən yuxarı 2400 respondent arasında telefonla aparılıb.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.