Dünyanın ən hündür hotelinin açılışı oldu


Dünyanın ən hündür hotelinin açılışı oldu

Font ölçüsü

Dünyanın ən inkişaf etmiş meqapolislərindən biri olan Dubayda daha bir rekorda imza atılıb.

Dosye.org  xarici mətbuata istinadən xəbər verir ki, dünən Dubayda dünyanın ən hündür hotelinin açılışı olub. 75 mərtəbədən ibarət olan "Gevora"nın hündürlüyü 356 metrdir. Bu, indiyəcən dünyanın ən yüksək hoteli ünvanının sahibi olan "JW Mariott Marquis" hotelindən cəmi 1 metr yüksəkdir.

Burada ən kiçik otaq 43 kv. metrdir. Hotelin üstündə açı hava hovuzu və bar var.

Sahibi iş adamı Məcid Əl-Əttardır.

Qeyd edək ki, dünyanın ən hündür binası da Dubaydakı "Bürc Xəlifə"dir. Onun hündürlüyü 828 metrdir.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.