Fakt


Arvadını döyən kişinin qulağını kəsdilər - AĞDAŞDA

Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.

Hadisə rayonun Kotanarx kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.

Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dosye.az

Bakıda həbsxanada dava düşdü

Bakı şəhərindəki cəzaçəkmə müəssisəsində məhkumlar arasında dava-dalaş baş verib.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Məhkumlar arasında baş verən qarşıdurmada 32 yaşlı İsrail Vəliyev məhkum yoldaşı, 24 yaşlı Firqət Abbasova xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Dosye.az

Bakıda qadınlar arasında bıçaqlaşma

Bakıda qadın qadını bıçaqlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Rayon sakini, 1976-cı il təvəllüdlü Aynurə Balakişi qızı Rüstəmova aralarında yaranmış mübahisə zəminində tanışı, 1993-cü il təvəllüdlü Cəmalə Nizami qızı Həmidovanı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Dosye.az

Şəmkirdə avtomobil piyadanı vurdu

Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil yolu keçmək istəyən rayon sakini, 1992-ci il təvəllüdlü Rzayev Eyyub Vəli oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə E.Rzayev ağır xəsarət alıb.

Yaralı yaxınlıqdakıların hadisə yerinə çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən E.Rzayevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Dosye.az

Gədəbəydə kənd sakinləri arasında ölümcül dava

Gədəbəydə kənd sakinləri arasında dava ölümlə nəticələnib.

Oxu.Az-ın APA-ya istinadən məlumata görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Kənd sakini,  47 yaşlı Telman Qurbanovla həmkəndlisi Kamil Muxtarov arasında dava düşüb.

Nəticədə T. Qurbanov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. K. Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.