Zorla ərə verilən qız özünü binadan atdı - Bakıda intihar


Zorla ərə verilən qız özünü binadan atdı - Bakıda intihar

Font ölçüsü

Paytaxtın Nizami rayonunda intihar hadisəsi baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gənc qız Qara Qarayev prospekti məhəllə 2517/2518 ünvanında yerləşən 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.

Təxminən 22 yaşlarında olan qız hadisə yerində vəfat edib. Şahidlərin bildirdiyinə görə, gənc qız qeyd edilən binada yaşamır. Onun Şamaxı rayon sakini olduğu bildirilir.

Məlumata görə, qız zorla ərə verildiyi üçün evdən qaçıb və həmin binaya gələrək özünü balkondan aşağı atıb.

Hazırda hadisə yerinə Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.