Moskva aeroportlarında qar yağdığı üçün 100 reys gecikib


Moskva aeroportlarında qar yağdığı üçün 100 reys gecikib

Font ölçüsü

Moskvada güclü qar yağışı bu gün səhərdən davam edir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Moskva aeroportlarında gecikmə müşahidə olunan reyslərin sayı artır.

Aerodrom xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Səhər saatlarına olan məlumata görə, Moskva hava limanlarında, təqribən, 100 reysdə gecikmə olub, daha 6 reys, ümumiyyətlə, təxirə salınıb.

Ən çətin vəziyyət "Şeremetyevo" hava limanında müşahidə olunur. Burada 65 reysdə gecikmə var. "Domodedovo"da 31 reysdə gecikmə olduğu halada, 5 reys təxirə salınıb, "Vnukovo"da 9 reys gecikir, biri isə təxirə salınıb.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.