Rus jurnalist zorlandığına görə 500 min dollar tələb edir...


Rus jurnalist zorlandığına görə 500 min dollar tələb edir...

Font ölçüsü

Seyşel adalarındakı beşulduzlu otelin nömrəsində zorlandığını bildirən rus jurnalist qadın məhkəmədə mənəvi əzab çəkdiyinə görə kompensasiya kimi 8 milyon Seyşel rupisi (541 min dollar) tələb edib.

Moderator.az RİA Novostiyə istinadən xəbər verir ki, zərərçəkən "Mən otelin sahiblərinə və idarəedən şirkətə qarşı cinayətin təhqiqatına kömək etmədiklərinə və mane olduqlarına görə iddia qaldırmışam” - deyib.

Onun vəkili Frenk Elizabet isə hələ 26 dekabrda zorlamada şübhəli bilinən şəxsin üzərində məhkəmə iclası olacağını deyib. Mənəvi kompensasiya haqqında iddiaya baxış hələlik təyin olunmayıb.

Turizm, səyahət və istirahət mövzusunda ixtisaslaşmış rus jurnalist xanım may ayının əvvəlində Seyşeldəki (Feliste adası) Six Sences Zil Pasyon beşulduzlu otelinə reklam press-turuna gəlib. Onun sözlərinə görə, sonuncu gecə otelin təmizləyicisi villaya soxulub. Jurnalist deyir ki, kişi bıçaqla onu hədələyərək zorlayıb. Sonra qız onun su stəkanına yuxu dərmanı atıb və o yuxuya gedəndə qaçmağa imkan tapıb.

Qız otelin mühafizəsinə çatıb, onlar da rəhbərliyi çağırıb və zorlayanı tutublar. Amma, qız deyir ki, guya otelin sahibləri və menecerləri işi elə fırladıblar ki, sanki cinayət olmayıb, cinsi əlaqə isə könüllü şəkildə baş verib.

Cinayətin təhqiqatı uzanıb, amma sentyabrda şübhəli yeni epizodda yaxalanıb - o lüt halda yerli bir qadının evinə girib.

Qız indi Seyşelin Ali Məhkəməsinə iddia verərək cinayətkardan, şirkətdən, otelin rəhbərliyindən və sahibindən mənəvi kompensasiya tələb edir.

“İddiaçı bildirir ki, hadisə baş verəndən həmən sonra otelə aidiyyatı olan adamlara bu barədə xəbər verib və tibbi yardım xahiş edib, amma ona yalançıya, cinayətkara olan münasibət göstəriblər – anlamadan, yanmadan, diqqət göstərmədən.İddiaçı zərər və ziyan görüb, buna görə də birinci cavabdeh şəxsi, birbaşa, ikinci, üçüncü və dördüncü cavabdehlər isə dolayısı məsuliyyət daşıyır”-iddiada deyilir. Və keçirdiyi emosional və psixoloji zədəyə görə 541 min dollar tələb edir.

Rusiya Federasiyası XİN-in mətbuat və informasiya departamenti bildirib ki, “bizim diplomatik nümayəndəliyimiz rusiyalı qadına lazımi köməkliyi göstərir”. Belə ki, Seyşeldəki Rusiya səfirliyi ona vəkil tapmaqda kömək edib.

Öz növbəsində otelin rəhbərliyi sosial şəbəkələrdəki şərhlərində yazırlar ki, “ hadisənin iştirakçılarının dediklərində əhəmiyyətli dərəcədə uyğunsuzluq var”.

Oxucularımız Seyşel adalarının harada yerləşdiyini soruşa bilərlər:

Seyşel Afrika qitəsinə bağlı ada ölkəsidir. Seyşeller, Hind Okeanındakı bir ölkə olub Afrika qitəsinin Şərqində, Madaqaskarın şimal şərqində yerləşir. Ölkənin paytaxtı Viktoriyadır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.