Şəkidə intihara cəhd edən polis hospitaldan imtina etdi


Şəkidə intihara cəhd edən polis hospitaldan imtina etdi

Font ölçüsü

Şəki rayonunda intihara cəhd edən polis əməkdaşı müalicə olunduğu Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.

Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə açıqlamasında bildirib ki, intihara cəhd edən polis əməkdaşı Elgün Rəsulov öz ərizəsi ilə evə buraxılmasını xahiş edib:

"Müalicə və müayinələrdən sonra onun vəziyyəti stabilləşdi. Əslində, biz onu Daxili İşlər Nazirliyinin hospitalına köçürməli idik. Lakin özü hospitala köçürülməkdən imtina etdi və evə buraxılmasını xahiş etdi. Biz də onun xahişini nəzərə alıb ambulator müalicəyə buraxdıq".

Qeyd edək ki, yanvarın 24-də rayonun M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içərək intihara cəhd edib. Polis əməkdaşının intihara cəhd etməsinin səbəbi ailə münaqişəsi göstərilirdi.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.