“Qarabağ” Çempionlar Liqasının ilk oyununda 6 qol buraxdı


“Qarabağ” Çempionlar Liqasının ilk oyununda 6 qol buraxdı

Font ölçüsü

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Oxu.Az-ın xəbərinə görə, C qrupunda yer alan Ağdam təmsilçisi səfərdə İngiltərənin “Çelsi” komandasının qonağı olub.

“Stemford Bric” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Çelsi”nin heyətində Pedro Rodriqez (5-ci dəqiqə), David Zappakosta (30), Sezar Aspilikueta (55), Bokayako (71), Batşuayi (76 və 82) fərqləniblər.

Bu qrupun digər oyununda isə İtaliyanın “Roma” və İspaniyanın “Atletiko” klubları 0:0 hesablı bərabərliyə qalıblar.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.