Millimizlə oyun üçün 22 futbolçu


Millimizlə oyun üçün 22 futbolçu

Font ölçüsü

21 yaşadək futbolçulardan ibarət Makedoniya yığmasının Azərbaycanın U-20 millisi ilə keçiriləcək yoxlama görüşləri üçün heyyəti müəyyənləşib.

Qol.az-ın Makedoniya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yığma Bakıya 22 oyunçu ilə gələcək.

Qapıçılar: Riste Yankov (“Rabotniçki”), Tomas Bojinovski (“Pakoş Fereyra”), Xristian Stevkovski (“Skopye”)

Müdafiəçilər: Aqron Rufati (“Lokomotiva” Zaqreb), Nexar Sadiki (“Rabotniçki”), Filip Trayanovski (QAİS), Oliver Stoymenovski (“Borets”), Todor Todorovski, Filip Antovski (hər ikisi “Vardar”), Mixail Manevski, Vane Yovanov (hər ikisi “Breqalnitsa”)

Yarımmüdafiəçilər: Davor Zdravkovski (AEL), Daniel Milovanovik, Yani Atanasov (hər ikisi “Pandev Akademiyası”), Mile Todorov (“Novi Qrad”, Xorvatiya), Kristian Trayçeski (“Qafanxa”), Omar İmeri (“Şkupi”)

Hücumçular: Milan Ristovski (“Riyeka”), Kristian Trapanovski (“Tatran”), Marko Ferukoski (“Ofenbax”), Darko Çurlinov (“Köln”), Stefan Boqdanovski (“Spartak”)

Qeyd edək ki, milimiz mayın 24-də və 27-də Makedoniyanın U-21 yığması ilə yoxlama görüşü keçirəcək.

Dosye.org

 

 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.