Bakıda 5 yaşlı oğlunu boğan qadın Psixiatriya Xəstəxanasına göndərilib


Bakıda 5 yaşlı oğlunu boğan qadın Psixiatriya Xəstəxanasına göndərilib

Font ölçüsü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı bildirib ki, N.Qulubəyova hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub. Buna görə də o, cinayət məsuliyyətindən azad edilməlidir. Prokuror N.Qulubəyovanın ixtisaslaşmış psixiatriya stasionar müəssisəsinə müalicəyə göndərilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökm elan edib. Hökmə əsasən, N.Qulubəyova cinayət məsuliyyətindən azad edilib. Amma onum barəsində həbs-qətimkan tədbiri dəyişdirilməyib və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müalicəyə göndərilib.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü N.Qulubəyova dini təriqətlərdən birinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq, qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanındakı mənzillərdən birində baş verib.

Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, “pis ruhları çıxartmaq” üçün oğlunun ağzına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.