Lənkəranskinin qətlində adı hallanan azərbaycanlı öldürüldü


Lənkəranskinin qətlində adı hallanan azərbaycanlı öldürüldü

Font ölçüsü

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda ötən gecə qətlə yetirilən azərbaycanlının kimliyi məlum olub.

Publika.az newsgeorgia.ge saytına istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi qətlə yetirilən şəxsin 1975-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Elçin Məmmədovdur.

Versiyalardan birinə görə, cinayətin motivi Məmmədovun Rusiyada törətdiyi bir neçə cinayəti ilə bağlıdır. Onun kriminal keçmişinə görə Rusiyada axtarıldığı bildirilir.

Şahidlərin məlumatına görə, o, qətldən əvvəl naməlum şəxslə restoranda yemək yeyib və aralarında mübahisə düşüb. Məlumata görə, mərhum başından güllə ilə vurulub.

Kriminalistlər artıq hadisə yerində işi başa çatdırıblar. Restoranın personalı hadisə ilə bağlı hələ şərh verməyib. Şahidlər və restoran əməkdaşları artıq dindirilib.

Elçin Məmmədovun cəsədi “Toyota” markalı maşında aşkar edilib. Maşının özündə də güllə izləri var.

Bildirilir ki, onun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanır.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 81 02: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.