Bu şəxs telefonları oğurlayırmış


Bu şəxs telefonları oğurlayırmış

Font ölçüsü

Masallıda telefon oğrusu yaxalanıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan BakuPost.az-a verilən məlumata görə, noyabrın 10-da gecə saat 1 radələrində Masallı Rayon Polis şöbəsinə şəhərin Qaradağ küçəsində yerləşən mobil telefon mağazasından oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

Aparılan əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı şəhər sakini Cavid Sadıqov saxlanılıb.

Araşdırmalarla əvvəllər məhkum olunmuş bu şəxs törətdiyi əməli etiraf edib. O, mağazaya plastik qapının şüşəsini sındırmaq yolu daxil olduğunu, oradan isə 2 ədəd mobil telefon və 55 manat götürdüyünü etiraf edib. Oğurladığı 1 ədəd "Nokia N 78” və 1 ədəd "Samsung C 100” markalı mobil telefonlar ondan maddi sübut kimi götürülüb.

Lakin istintaq zamanı C.Sadıqovun digər oğurluğu da üzə çıxıb. Məlum olub ki, o, keçən il avqust ayının 26-da axşam saatlarında Masallı rayonunun Şərəfə kəndindəki evlərdən birinə də qanunsuz yolla daxil olaraq oradan 200 manat oğurlayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.