Kafedə kütləvi dava: İki nəfər bıçaqlandı


Kafedə kütləvi dava: İki nəfər bıçaqlandı

Font ölçüsü

Bakının Sabunçu rayonu ərazisində kütləvi dava zamanı bıçaqlanma olub.

Moderator.az Report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü İsmayılov Mahir Etibar oğlu və 1987-ci il təvəllüdlü Paşayev İlham Ədil oğlu Balaxanı qəsəbəsində yerləşən "Qartal" kafesində tanıdıqları şəxslərlə əlbəyaxa dava ediblər. Nəticədə M.İsmayılovun boğaz və bədən nahiyələrinə 3 bıçaq, İ.Paşayevin isə boğaz, bədən və ayaq nahiyələrinə 6 bıçaq zərbəsi vurulub. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, M.İsmayılovun vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.