Bakıda müdhiş cinayət: “Ayıq sürücü” müştərinin 10 min manatını oğurladı


Bakıda müdhiş cinayət: “Ayıq sürücü” müştərinin 10 min manatını oğurladı

Font ölçüsü

Xətai rayonunda "Ayıq sürücü” xidmətinin sürücüsü oğurluq edib.

Dosye.org  xəbər verir ki, "Ölkə.Az”-ın məlumatına görə, Abdıyev Ramin Məcid oğlu Xətai RPİ-nin 35-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, "Ayıq sürücü” xidmətinin Mayıl adlı sürücüsü onu "Lexus” marakalı avtomobilindən 10 min manat pulunu aparıb. Belə ki, onu evinə gətirib düşürdən sürücü R.Abdıyevin sərxoş olmağından istifadə edərək pul kisəsini götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı polis bölməsində araşdırmalara başlanılıb. Hazırda həmin sürücünün müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.