Qadın alverində ittiham olunan qadına hökm oxundu


Qadın alverində ittiham olunan qadına hökm oxundu

Font ölçüsü

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla A.Məmmədovanın barəsində 1 il 6 ay müddətinə şərti cəza təyin edilib.

Qeyd edək ki, A.Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə yollanan Nərminə Qasımovanı, Adilə Zeynalovanı, onun bacısı Xatirə Zeynalovanı, Arzu Məmmədovanı, Gülnarə Qasımovanı (müəyyən səbəblərdən zərərçəkmiş şəxslərin ad və soyadları dəyişdirilib) Iğdır şəhərində yerləşən “Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürərək fahişəliyə cəlb edib.

Törətdiyi cinayət əməlinə görə A.Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.