Daha bir məşhur dünyasını dəyişdi


Daha bir məşhur dünyasını dəyişdi

Font ölçüsü

Məşhur aktrisa Kerri Fişer 60 yaşında vəfat edib.

Axşam.az-ın Tass-a istinadən məlumatına görə, bir müddət əvvəl İngiltərənin paytaxtı Londondan ABŞ-ın qərbindəki Los-Ancelesə uçan təyyarədə enişə 15 dəqiqə qalmış 60 yaşlı aktrisanın səhhətində ciddi problem yaranıb.

Onunla eyni təyyarədə olan kino ulduzu Anna Akana "Twitter" hesabında məşhur aktrisanın uçuş əsnasında birdən nəfəsinin kəsildiyini yazıb.

Kerri Fişer xəstəxanaya çatdırılıb. Onun infarkt keçirdiyi məlum olub.

Bu gün isə o, gözlərini əbədi yumub.

Qeyd edək ki, Kerri “Ulduz döyüşləri” (Star Wars) filmində şahzadə Leya rolunun ifaçısı kimi populyarlıq qazanmışdı.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.