Azərbaycanlı cazmen Parisdə konsert verəcək


Azərbaycanlı cazmen Parisdə konsert verəcək

Font ölçüsü

Noyabrın 17-də Paris Konqres Sarayında amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın konserti təşkil olunacaq.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, konsertin birinci hissəsində cazmen, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli solo proqramla çıxış edəcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.

Xatırladaq ki, bu il Şahin Növrəsli Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

Dosye.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.