manset


"Dərman mafiyası işi” - Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb?

dero.jpg

Son günlərin əsas mövzusu olan "Dərman mafiyası işi” ilə bağlı yeni iddialar var.

Məsələ dərman biznesi ilə məşğul olan deputatları da vurmağa başlayıb. Bir müddət öncə xanım deputat Elmira Axundovanın adı bu işdə keçdikdən sonra Bakı Ürək Mərkəzinin rəhbəri Rəşad Mahmudovun vəzifəsindən uzaqlaşdırılması da "Dərman mafiyası işi” ilə bağlanır. Artıq R.Mahmuvodun bu məsələ ilə bağlılığı haqda bəzi iddialar səsləndirilsə də, bunların həqiqətə nə qədər yaxın olması haqda hələlik heç bir ehtimalımız olmadığı üçün kluarlarda bu işdə adı daha çox hallanan başqa bir deputat – Cavanşir Feyziyevlə bağlı xəbərlərin üzərində dayanmağı lazım bildik. Mətbuat C.Feyziyevin artıq özünümüdafiə məqsədilə hərəkətə keçdiyi, haqqında internet mediada əvvəllər dərc edilmiş neqativ yazıların sildirilməsi üçün addımlar atdığı barədə yazır.

Məlumatsız oxuculara xatırlatmaq yerinə düşər ki, C.Feyziyev "Avromed” şirkətinin yaradıcısı və payçısıdır. Bir neçə il əvvəl deputat şirkətin təsisçiliyindən imtina etdiyini açıqlasa da, əslində, onun "Avromed”də əhəmiyyətli paya malik olduğu aydın məsələdir. Onu da xatırlatmaq yerinə düşər ki, bir neçə il öncə hətta hakimiyyətə yaxın media orqanlarında da C.Feyziyevi və onun şirkətini tənqid edən materiallar özünə yer alırdı. Şərhlərdə onun hökumət mediasında vurulmasının müxtəlif səbəbləri göstərilsə də, həmin ərəfələrdə "Avromed”in işinin xeyli zəiflədiyi nəzərə çarpdı. Düzdür, sonradan C.Feyziyev açıqlama verərək şirkətin təsisçiliyindən getdiyini bildirdi. Lakin bunun da reallığı əks etdirmədiyi hamıya məlumdur. Parlamentdəki biznesmen deputatların heç birinin biznesini özünün adına rəsmiləşdirmədiyi, yaxud mandat aldıqdan sonra öz adından çıxarıb başqasının adına keçirməsi sirr deyil. C.Feyziyev də bu ənənədən kənar qalmayıb desək yanılmarıq.

Mövzu ilə bağlı söhbətləşdiyimiz əczaçı deyir ki, son təxminən bir ildən çox müddətdə "Avromed” yenidən bazarda əvvəlki mövqeyini bərpa etməkdədir: "Yenə bazarda aparıcı paya malik olmaq istiqamətində gedir işlər. Saxta dərmanlar məsələsi bir az qəlizdir, bunu hər sıravi əczaçı bilə bilməz. Təcrübəmdə işlədiyim apteklərin hər hansı birində alıcı tərəfindən saxta olduğu üçün geri qaytarılan dərman görməmişəm. Lakin böyük firmaların böyük partiyalarla saxta dərmanlar gətirməsi haqda son günlər tez-tez eşidirəm”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, "Avromed”in apteklərində heç bir başqa firmanın dərmanı satılmır: "Onlar apteklərində yalnız öz dərmanlarını satırlar. Əksinə, başqa firmaların aptekləri onlardan mal götürür. Eşitdiyimə görə, rəhbəri deputatdır”.

C.Feyziyevin adının bu işdə hallandırılmasına sosial şəbəkələrdə daha çox rast gəlinir. Deputatın bu işdə mütləq cəlb edilməli olduğu barədə şərhlər mövcuddur. Detallı olmasa da, insanların bu cür mövqe sərgiləməsinin ehtimal ki, hansısa əsaslı səbəbləri var. Yaxud bəlkə də sadəcə C.Feyziyevin ən böyük dərman firmalarından birinin rəhbəri olması bu cür iddialara səbəb olur. Məsələ hər nədirsə, təəssüf ki, adıçəkilən deputata ulaşmaq, ondan hansısa suala cavab almaq müşkül məsələyə çevrilib. AFN olaraq bir müddət bundan əvvəl "Avromed”in bazardakı rolu ilə bağlı deputata bir neçə sual ünvanlasaq da, cavab ala bilməmişik. Hər bir halda, bütün yazılanlarla bağlı C.Feyziyevin mövqeyini verməyə hazırıq. \\AFN

Dosye.org

Direktor tabeçiliyindəki işçilərə maşınını yuduzdurdu - Azərbaycanda şok + Foto

masa.jpg

Prezident seçkilərindən sonra aparılan kadr islahatları vətəndaşlarda inam yaradıb.

Təəssüf ki, bəzi kadrlar hələ də islahatların mahiyyətini qəbul etməyərək “köhnə hamam, köhnə tas” prinsipi ilə çalışırlar. Təhsil sistemində baş verənləri təhlil edərək cumhuriyyet.az olaraq belə bir nəticəyə gəlirik ki, yeni nazir Ceyhun Bayramov da bu vacib sahədə daşı daşı üstə qoymaq niyyətində deyil. Çünki, “gənc”, “yenilikçi”, “islahatçı” imicinə girən nazir real, fakt olaraq ortaya qoyulan qüsurları qulaqardına vurur. Medianın gerçək simasını açıb ortaya qoyduğu savadsız, rüşvətxor, harınlamış direktorlar iş başında, yeni nazir isə öz “təmiz adam” təbliğatını aparmaqda.

Əslində təyinatından o qədər də çox keçməyən naziri ittiham etmək qərəzli görünə bilər. Amma bir məqamı da nəzərə alaq ki, ötən ilin son ayında Mikayıl Cabbarovun vergilər naziri təyin olunmasından bu yana 5 aydır ki, C.Bayramov faktiki olaraq təhsil naziridir və buna qədər də birinci müavin kimi o, sistemə bələd olan adam kimi tanınıb. Bir sözlə aşağıda bəhs edəcəyimiz direktorun hələ də vəzifə başında olmasının günahkarı Ceyhun Bayramov sayıla bilər. Söhbət Şamaxı rayonunda şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovadan gedir. Beləliklə son qalmaqala keçməzdən öncə bu direktorun bəzi macəralarına diqqət edək.

Məktəbdə ailə hegemonluğu

Xatırladaraq bildirək ki, məktəbin direktoru Babaşova Gülnurə Hacverdi qızının direktor olmasına baxmayaraq, rəhbərliyə aidiyyatı olmayan, məktəbdə müəllimə işləyən, anası Lütviyyə və bacısı Vəfa ilə birgə idarə edirlər. Adı çəkilən hər iki şəxs dərs bölgüsündən tutmuş ən xırda məişət məsələlərini də kollektivdə dava-dalaşa çəkməklə dərs mühitinin pozulmasına, şagird müəllim, valideyin məktəb, münasibətlərini də gərgin vəziyyətə gətirilməsinə səbəb olublar. Dərs yükünün bölgüsü məsələsində də, əvvəlcə ailə üzvləri təmin olunur. Anasına 34 saat,bir bacısına 30 saat, digər bacısı Hacıyeva Şəfaya şəhər 2 saylı məktəbə təçkilatçı müavin təyin olunmasına baxmayaraq vəzifə səlahiyyətini aşaraq 12 saat dərs verib. Yaşı 65-i keçmiş müəllimlərə öz marağı təmin olunmaqla dərslər verib. Nəticədə həmin dərslərin keçirilməsində yaranmış problemləri, xadimələrin və yuxarı sinifdə oxuyan qohumu olan şagirdlərin vasitəsi ilə təmin edir. Haqqı tapdanan müəllimlərə isə “kimə istəyirsiz deyin” deməklə özünün Təhsil Nazirliyində adamı olmaqla hədə qorxu gəlir.

Direktorun aylıq hədəsi: “o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir…”

Bu yaxınlarda Gülnurə Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən pul tələb etdiyini əks etdirən səs yazısı yayılmışdı. Cumhuriyyet.az olaraq bildirək ki, bu səs yazısında direktor müəllimlərdən pul tələb edir. Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib: “Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.

İşıqpulu və aylıq davası

Bununla da bitmir. G.Babaşova haqqında mediada yer alan və yenə də audio yazı ilə təsdiqlənən iddialara görə, onun məktəbdəki pulyığma əməliyyatları bir neçə istiqaməti əhatə edir. Bildirək ki, Gülnurə Babaşova həm də Bilik Fondunun Şamaxı filialının rəhbəridir və cumhuriyyet.az olaraq onun haqda iddiaların bir qismini diqqətinizə çatdırırıq: “Fondun məktəbdə keçirdiyi hər tədbirə görə pul xərclədiyini deyir və hər müəllimdən 20 manat pul yığır. Narazılıq edən müəllimi isə işdən qovacağı ilə hədələyir. O, atdığı addımları yuxarılarla razılaşdırıb atdığını deyir. Respubilika və rayon səviyyəli məmurların adlarını çəkir. Müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün agentura şəbəkəsinin olmasını və hər şeyi nəzarət altında saxlamağı bacardığını xüsusilə hamının nəzərinə çatdırır. Keçirilən hər iclasda tədrisdən çox dedi-qoduya yer ayırır, bu işdə anası və bacısının “fəallığı”ndan məharətlə yararlanır. “Reket” kimi onlardan istifadə edir”. Şikayətçi müəllimin sözlərinə görə, o, hər ay elektirik enrejisi və istiliyə görə müəllimlərdən 20-30 manat pul yığır: “Hesablama Palatasının yoxlamasından sonra yaranmış 5000 manat cərimənin hər müəllimdən 100 manat yığmaqla müəllimlərin hesabına ödəyib. Bütün bunlar azmış kimi xüsusi sertifikatlar tərtib edib hər biri yüz manat olmaqla müəllimlərə satır”.

Direktor işçilərə maşının yuduzdurur

Lap bu günlərdə isə Şamaxı rayonunda şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova yeni rekorda imza atıb. Bu dəfə xanım direktor məktəbin işçilərinə öz avtomobilini yuduzdurur. 

Dosye.org

Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması kampaniyaya başladı

xeri.jpg

Xəbər verildiyi kimi, ötən ay vətəndaş cəmiyyəti və diaspor nümayəndələrinin təşəbbüsü ilə Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması yaradılıb.

“Yenigundem” xəbər verir ki,Bu Platforma çərçivəsində könüllü olaraq “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası keçiriləcək. Kampaniyanın təşkilatçıları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.

Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir.

Kampaniyaya 12 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna, Avstraliya, Kipr) diaspor təşkilatları qoşulub. Layihə çərçivəsində 20 gün ərzində hər dəfə bir ölkədəki diaspor üzvləri yaşadıqları şəhərin məşhur meydanlarında yerli xalq arasında AXC haqqında məlumatlandırma aparacaqlar. Eyni zamanda əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan poster tutaraq dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını göndərəcəklər. Ayrıca Azərbaycandakı 20 QHT bu kampaniyanın virtual təbliğatını aparacaq. Sonda isə 12 ölkədən diaspor təşkilatlarının göndərdikləri videolardan ibarət video-çarx hazırlanacaq.

Kampaniyaya aşağıdakı təşkilatlar qoşulub:

Xaricdəkilər

1. Azərbaycan-Amerika Qadın Cəmiyyəti

2. Alman-Azərbaycan Dostluq Cəmiyyəti

3. Benilüks Azərbaycanlıları Konqresi

4. Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi

5. Krasnoyarsk diyarı üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı Təşkilatı

6. Ukraynada Gənclər Dünyası İctimai Birliyi

7. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti

8. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı

9. Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyəti

10. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi

11. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Kanada Koordinatoru

12. Norveçdə Atropatena Təşkilatı

13. Avstraliyada Azərbaycan Mədəniyyət Assosiasiyası

14. Polşada Azərbaycanlı Gənclər Şurası

Azərbaycandakılar

15. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

16. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi

17. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi

18. Gənclərin Həmrəyliyi İctimai Birliyi

19. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı

20. Azərbaycan Diasporu İnformasiya Mərkəzi

21. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi

22. “Vəfa” Sosial-İctimai Birliyi

23. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

24. Gəncə Regional Qadın Mərkəzi

25. DiasporTV

26. AMEA-nın Mərkəzi Elmi Kitabxanası

27. Dünya Gənc Türk Yazarlar Birliyi

28. İnformasiya Təşübbüslərinə Dəstək İctimai Birliyi

29. Sabir Fondu

30. XX Əsrin Qadınları İctimai Birliyi

31. Beynəlxal Mutikultural Şəbəkəsi

32. ENACTUS Azərbaycan

33. “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai birliyi

34. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi

Dosye.org

Neftçala rayon Uşaq İncəsənət və Musiqi məktəbinin direktoru məktəbdə bazar açıb?

ebu.jpg

Haqqınaz.org – nun poçtuna Neftçala təhsili ilə bağlı şikayət daxil olub. Şikayətçi məktubunda yazır:

Neftçala rayon Uşaq İncəsənət və Musiqi məktəbinin müəllimlərindən pul yığılır.Məktəbdə işləyən müəllimlərdən Fevral,Mart,Aprel ayının əmək haqqı larının artımını direktor İlqar Rəhimli kartlarından tutub.Pulların hansı səbəbdən tutulduğu soruşan müəllimlərə direktor bildirib ki, pulları Biləsuvar regional mədəniyyət və turizm şöbəsinin müdiri Elçin Hüseynova göndərirəm.

Adı çəkilən məktəbdə çalışan müəllim deyir ki, bu gün məktəb direktoru onlara deyib ki,bundan sonra hər ay maaşlarından rəsmi 15-20 manat tutulacaq.Səbəbini soruşan müəllimlərə direktor bildirib ki,bunuda Elçin müəllim mənə tapşırıb. Gedin dərdinizi kimə istəyirsiniz deyin.”Müəllimlərə deyilib ki, ya özləri bu məbləği versinlər, ya da maaşlarından tutulacaq.

Bundan əlavə direktor məktəbdə bazar açıb.Məktəbə qəbul olunmaq istəyən, şagirdlərin valideynlərindən 50 manat pul tələb edir.Əldə etdiyimiz məlumata görə, valideyinlərdən bəziləri hüquq mühafizə orqanlarına müraciət edib amma nəticəsi olmayib.

Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!

Dosye.org

Səlim Müslümovun kadrı 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi qanunlara əməl edirmi?

tvar.jpg

Əməyin mühafizəsinə, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması hər zaman ciddi müzakirə mövzusu olub.

Ölkə qanunvericiliyində insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin aradan qaldırılması məqsədilə, aidiyyəti şəxslərin hətta məsuliyyətə cəlb olunması qaydaları da müəyyənləşib. Amma buna baxmayaraq işəgötürənlər tərəfindən iş yerlərində əməyin mühafizəsi qaydaları yerinə yetirilmir, müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına lazımi səviyyədə diqqət göstərilmir. Bu isə işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur.

Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Alik Mövlayev ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Mәcburi әmәk һaqqında” 29 nömrəli Konvensiyasına qoşulduğu, həmin sənədlərdən irəli gələn prinsiplərin milli qanunvericilikdə də əksini tapdığı qanunlara əməl edirmi sualına cavab axtarırıq.

Son zamanlar redaksiyamıza daxil olan məlumatlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin hansı səbəbdən iflic vəziyyətə düşməsinə Yaxın günlərdə aydınlıq gətirəcəyik.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnaməyə görə, Xidmət mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Ancaq bu yalnız kağız üzərində belədir və reallıqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ayrı-ayrı oliqarxların, iş adamlarının və sahibkarların maraqlarının müdafiəçisidir.

Ancaq bu yalnız kağız üzərində belədir və reallıqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ayrı-ayrı oliqarxların, iş adamlarının və sahibkarların maraqlarının müdafiəçisidir?

Çox təəssüf ki, prezident İlham Əliyevin idarəçiliyi vətəndaşların nəzərində şübhə altına alınmasına imkan verənlər dövlət başçısının nazir, xidmət rəisi kimi yüksək vəzifələri etibar etdiyi şəxslərdir. Məhz belə məqamlara qiymət verilməməsi “Səlim Müslimov fenomeni”ni doğurur.

Növbəti sayımızda: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin hansı səbəbdən iflic vəziyyətə düşməsi haqqında geniş məlumat verəcəyik.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

<