Ərdoğan Bakıya sentyabrın ilk günlərində gələcəyini təsdiqləyib


Ərdoğan Bakıya sentyabrın ilk günlərində gələcəyini təsdiqləyib

Font ölçüsü

erdogan.jpg

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Türkiyənin yeni prezidenti Rəcəb Teyyub Ərdoğanla görüşüb. Bu barədə “Trend”ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında iştirak edən YAP nümayəndə heyətinin üzvü - icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, görüşdə Ərdoğan Azərbaycan xalqına salamlarını çatdırıb və bildirib ki, sentyabrın ilk günlərində Azərbaycana səfər edəcək.

YAP-ı təmsil edən nümayəndə heyətinə Siyavuş Novruzovdan başqa YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov və YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.