Mikayıl Cabbarov Aqiyə Naxçıvanlıya qarşı


Mikayıl Cabbarov Aqiyə Naxçıvanlıya qarşı

Font ölçüsü

mikayilcabbarov.jpg

Təhsil naziri bir qədər əvvəl qanunun əliyə əldə edə bilmədiyini indi vətəndaşları Aqiyə Naxçıvanlının üzərinə qaldırmaqla əldə etməyə çalışır


“Xeberinfo.com”: Mikayıl Cabbarov təhsil naziri təyin edildikdən sonra qısa zaman ərzində bir sıra ali təhsil müəssislərinin toxunulmaz hesab olunan rəhbərlərinin vəzifələrindən azad edilməsinə nail ola bildi. Lakin bir neçə ali məktəb də var ki, nazir Mikayıl Cabbarov hələ ki, onların rəhbərliyini dəyişə bilməyib. Nazir Mikayıl Cabbarovun hələlik dəyişə bilmədiyi rektorlardan biri də Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlı hesab olunur. Təhsil naziri Mikayıl Cabbarovun əlində digər rektorlardan fərqli olaraq Aqiyə Naxçıvanlıya qarşı daha çox kompramat olsa da, nazir rektoru vəzifəsindən kənarlaşdıra bilmir. Təhsil naziri təyin olmasından ötən 17 ay ərzində nazir Mikayıl Cabbarov Aqiyə Naxçıvanlının təsir imkanlarını məhdudlaşdırmaqdan başqa heç nə edə bilməyib. Nazirin gücünün çatdığı Azərbaycan Müəllimlər İnstitutunun bəzi fialları bağlanmış, bəzilərinə isə tələbə qəbulu dayandırılmışdı. Son olaraq Prezident İlham Əliyevin 11.09.2014-cü il tarixli 284 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında aparılan araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilmişdi. Bundan sonra filialın direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilmiş və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərmişdi. Ancaq hansısa səbəbdən Ramiz Məmmədov məsuliyyətdən yayına bilib. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında baş verən qanun pozuntularının Prokurorluqda araşdırılmasının rektor Aqiyə Naxçıvanlının karyersaına son qoyacağını gözləyən təhsil naziri Mikayıl Cabbarov sürpirizlə üzləşib. Bu haqda “xeberinfo.com”a danışan məbənin bildirdiyinə görə Ramiz Məmmədovun məsuliyyətdən kənarda qalması nazirin planlarını pozub.
Məlumata görə, bundan sonra Təhsil Nazirliyinin rəhbərliyi Azərbaycan Müəllimlər İnstitutunun rektoruna qarşı “B” planını işə salıb. Bu planın mahiyyəti ondan ibarətdir ki, Təhsil Nazirliyindən yerli təhsil şöbələrinə Azərbaycan Müəllimlər İnstitutunun, xüsusilə də bu institutun Gəncə filialının diplomu ilə işə qəbul olunmuş müəllimlərin diplomlarının kütləvi yoxlanılmasına start verilib. Təhsil Şöbələri Azərbaycan Müəllimlər İnstitutunun diplomu ilə işə qəbul olunmuş şəxslərə bildirib ki, onların diplomları ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və Təhsil Nazirliyinə sorğu veriləcək. Əgər onların test yolu ilə qəbul olunmadıqları və diplomlarının saxta olduğu aşkar olunarsa, onlar işlədikləri təhsil müəssislərindən kənarlaşdırlacaqlar. Bu isə Azərbaycan Müəllimlər İnstitutunun diplomları ilə müəllim işləyənlərdə və onların ailələrində qorxu yaradıb. Buna görə də onlar diplom aldıqları Azərbaycan Müəllimlər İnstitutunun filiallarına, diplom almaqda onlara araçılıq etmiş vəzifəli şəxslərə müraciət edərək, vəziyyəti aydınlaşdırmağa çalışırlar. Hətta aldığı diplomu geri qaytarıb, verdiyi pulu alanların olduğu da söylənilir. Saxta diplom verilməsində iştirak edənlər valideynləri sakitləşdirməyə çalışsalar da, proses yavaş-yavaş böyüyür. Azərbaycan Müəllimlər İnstitutunda da məhz bundan, prosesin daha da böyüməyə başlamasndan qorxurlar.
Adının açıqlanmsını istəməyən ekspert isə Təhsil Nazirliyinin prosesi məhz bu istiqamətdə aparmağa çalışdığını düşünür. Ekspertin sözlərinə görə, təhsil naziri bir qədər əvvəl qanunun əliyə əldə edə bilmədiyini indi vətəndaşları Aqiyə Naxçıvanlının üzərinə qaldırmaqla əldə etməyə çalışır. Bu prosesin böyüyəcəyi halda Aqiyə Naxçıvanlının mövqelərini qoruya bilməyəcəyini düşünən ekspert hesab edir ki, sabiq nazir Misir Mərdanovdan fərqli olaraq hazırkı təhsil nazir Mikayıl Cabbarov Azərbaycan Müəllimlər İnstitutun rektorunun himayədarlarından çəkinmədiyi üçün, bu prosesin sonu indidən məlumdur.

Aktuallığını nəzərə alıb, mövzunu qarşıdakı günlərdə davam etdirməyə çalışacağıq.

Yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.