Tural Abbaslı: “Xalq artıq yeni sima istəyir”- Foto


Tural Abbaslı: “Xalq artıq yeni sima istəyir”- Foto

Font ölçüsü

turalabbasli.jpg

Müsavat Partiyasının VIII qurultayında başqanlığa namizədlərin çıxışları başlayıb. Musavat.com-un xəbərinə görə, namizədlərdən Tural Abbaslı bildirib ki, Müsavat-ın bir ailə olduğunu vurğulayıb və ailəsindən dəstək istəyib.

O başqanlığa digər namizədlərdən, onların şəxsi keyfiyyətlərindən və mübarizələrindən danışıb və hər birinin layiqli namizəd olduğunu söyləyib. “Amma bu illər ərzində bizim qazandığımız mənəvi qələbələr olub. Mən mənəvi qələbə istəmirəm”. O, 14 ildir ki, siyasi fəaliyyətlə məşğul olduğunu vurğulayıb və deyib ki, onun gənc olması başqan olmasına əngəl hesab edilməməlidir.

T.Abbaslı eyni zamanda müxalifət düşərgəsinin səhvlərindən danışıb. O, həmçinin müxalifətin iqtidarla dialoq aparmaq istəyini pisləyib: “Biz Siyavuş Novruzovun nəyi ilə dialoq etməliyik?”. O qeyd edib ki, xalqın əksəriyyətini təşkil edən gənclər nə iqtidara, nə müxalifətə inanır: “Xalq artıq yeni sima istəyir”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.