Əvəz Zeynallı yenidən 10 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü


Əvəz Zeynallı yenidən 10 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü

Font ölçüsü

evezzeynalli.jpg

"Xural" qəzetinin hazırda həbsdə saxlanılan baş redaktoru Əvəz Zeynallı iyulun 23-də axşam saatlarında Bakı İstintaq Təcridxanasından 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

 

Bu barədə Modern.az syatına jurnalistin xanımı Məlahət Zeynallı məlumat verib.
Xatırladaq ki, iyulun 12-də baş redaktorun Bakı İstintaq Təcridxanasına köçürülməsinə səbəb Mətbuat Şurası qarşısında qaldırdığı iddia əsasında Apellyasiya Məhkəməsinin verdiyi qərardan Ali Məhkəməyə etdiyi şikayət olub.

İyulun 21-də Ali Məhkəmənin Məhkəmə Kollegiyası hakim İslam Əliyevin sədrliyilə “Xural” qezetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddia əsasında Apellyasiya Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxlayıb.

Bundan sonra Ə.Zeynallı iyulun 23-də axşam saatlarında yenidən cəzaçəkmə müəssisəsinə "etap" olunub.

Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan “Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək, 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyır və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bəyan edərək, hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsif edir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.