“Leyla Yunus Vətənə xəyanətin ən böyük simvolu kimi tarixə düşəcək” - Siyavuş Novruzov


“Leyla Yunus Vətənə xəyanətin ən böyük simvolu kimi tarixə düşəcək” - Siyavuş Novruzov

Font ölçüsü

098.jpg

 

“Leyla Yunus kimilərin adları Ermənistanda “tarixləşə” bilər. Onların Azərbaycan tarixində nə izi, nə də tozu qalacaq”.

 

Bunu Hafta.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov vətənə xəyanətdə ittiham olunaraq həbs edilən hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşına yazdığı son məktubunu şərh edərkən deyib. Milli Məclis üzvünün sözlərinə görə, Leyla Yunus və Arif Yunusun mövqeyi Azərbaycan dövlətçiliyinə qənim kəsilən xarici havadarlarla eynilik təşkil edir:

“Onlar Azərbaycanın hərbi sirlərini ermənilərə ötürüblər. Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdikləri də tam təsdiqini tapmış məsələdir. L.Yunus daim ermənipərəst mövqeyi ilə seçilib, erməni maraqlarına xidmət edib. Onun kimiləri isə hər zaman xaricdən olan havadarlarının maliyyəsi hesabına bu cür “işlər” görüblər. O, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib”.

Siyavuş Novruzov həmçinin bildirib ki, Leyla Yunus kimi “hüquq müdafiəçiləri” indi Azərbaycan xalqının, ictimaiyyət nümayəndələrinin də qınaq obyektindədirlər: “Cəmiyyət də Leyla Yunus və onun yolu ilə gedən digərlərini qınayır. Sosial şəbəkələrdə, internet saytlarda onların bu “əməlləri” müzakirə mövzusuna çevrilərək haqlı olaraq sərt şəkildə qınanılır və tənqid edilir”. Millət vəkili bu gün Azərbaycan cəmiyyətində Vətənə xəyanətdə ittiham edilən Leyla Yunusun “müdafiəsinə qalxanların” da kimliyinə aydınlıq gətirib: “Bu həmin insanlardır ki, Leyla Yunusun yolunu tutublar. Həm də qorxurlar ki, onlar Leyla və Arif Yunusları müdafiə etməsələr onların da paxırları açılacaq. Bir daha deyirəm, L.Yunusun və onun həyat yoldaşı Arif Yunusun ermənilərlə qohumluğu, Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi ilə əlaqələrinə dair çoxsaylı faktlar açıqlanıb. Artıq onların anti-Azərbaycan mövqeyi Azərbaycan cəmiyyətində ifşa olunub. Baxın, erməni mətbuatı daim Leyla Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır. Sizcə bu yetərli fakt deyilmi?”.

Prezident yanında Dövlət İdarəçilik akademiyasının professoru, politoloq Elman Nəsirov isə Hafta.az-a açıqlamasında Leyla Yunusun həbsdən yoldaşına yazdığı məktubunun özünü müdafiə xarakteri daşıdığını deyib: “Bu cür məktublar “daldan atılan daş”dır. Nə qədər çalışsalar da topuğa dəyəcək”. Politoloq Elman Nəsirov həmçinin bildirib ki, Leyla Yunus kimi “hüquq müdafiəçiləri”nin Azərbaycan haqqında yazdıqları həmişə ölkəmizin əleyhinə istifadə edilib:” Avropa Şurası, AŞPA, ABŞ-da Azərbaycan haqqında məruzələr hazırlanarkən Leyla və Arif Yunusların ölkəmiz haqqında həqiqətəuyğun olmayan fikirləri, mövqelərindən “etibarlı mənbə” kimi istifadə edilib”.

Siyasi elmlər doktoru Elman Nəsirov həmçinin Leyla Yunusun Qərbdəki havadarlarından maliyyələşdiyini və onu müdafiə edənlərin də elə həmin qara qüvvələrin olduğunu bildirib: “Necə olur ki, Fransa səfirliyi hər hansı bir şəxsə 4-5 günlük viza üçün bir sıra çətinliklərdən keçirlər. Amma Leyla Yunusa qısa bir zamanda beşillik viza verilir. Bunun özü Leyla Yunus haqqında çox şey deyir”. Elman Nəsirov həbs olunan hüquq müdafiəçisində Azərbaycan qadını siması olmadığını da söyləyib: “Onun evində axtarış aparılarkən vəzifə başında olan Azərbaycan polisinə həqarət etməsi bizim millətin xanımlarına, onların davranış tərzinə yad olan bir hərəkətdir. O, asayiş keşikçimizin baş geyimini ayaqlar altına atması ilə cəmiyyətdə neçə üzlər görmüş qadın bir siması formalaşdırıb”.

Xatırladaq ki, həbsxanada olan hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunusa növbəti məktubunu yazıb. O, Arif Yunusa məktubunda “bizim adımızı tarixdən silmək mümkün olmayacaq” ifadəsi cəmiyyətdə daha çox müzakirə obyektinə çevrilib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.