Ağdamda futbol bayramı qeyd edildi


Ağdamda futbol bayramı qeyd edildi

Font ölçüsü

AQDAM.jpg

Cəbhənin ön sıralarında olan Ağdamın Quzanlı kəndində futbol şöləni keçirilib. AFFA-nın birbaşa dəstək olduğu yarışda əsas məqsəd regionlarda futbolun inkişafına stimul vermək, regionlardan olan gənclərin bu idman növünə marağının daha da artırılmasıdır.

 

Tədbirin açılış mərasimində çıxış edən AFFA-nin vitse-prezidenti, millət vəkili Rauf Əliyev qeyd edib ki, futbolun inkişafı prioritet sahələrdən biridir. R.Əliyev qeyd edib ki, dövlət başçısı İlham Əliyevin futbolun inkişafı ilə bağlı imzaladığı sərəncam bu idman növünün daha da inkişafına böyük töhfələr verir.

<p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal;">R.Əliyev AFFA-nın bu istiqamətdə həyata keçirdiyi işlərdən danışıb. Qeyd edib ki, Quzanlıda “Açıq Əyləncəli Futbol Məktəbi”-nin açılışı da görülən işlərin tərkib hissəsidir.<p">Tədbirdə çıxış edən Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov Ağdamda futbolun inkişafı ilə bağlı görülən işlərdən danışıb. O, futbol məktəbinin açılışının bu oyuna olan marağı daha da artıracağını vurğulayıb. 

<p">Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas Azərbaycanda futbolun inkişaf dövründən söz açıb. Qeyd edib ki, hələ SSRİ dövründə Azərbaycandan olan futbolçular qatıldıqları bir sıra yarışlarda yüksək nailiyyət əldə ediblər. Millət vəkili bu idman növünün inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən işləri yüksək dəyərləndirib. Bildirib ki, yeni-yeni futbol arenalarının tikilib istifadəyə verilməsi, ölkənin əsas stadionlarında aparılan yenidənqurma işləri futbola olan marağı daha da artırıb. <p">A. Abbas Ağdamda keçirilən futbol turniri barəsində danışıb. Qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Onun sözlərinə görə, belə turnirlərin keçirilməsi ümumilikdə Azərbaycan futbolunun inkişafına böyük zəmin yaradır. 

<p">Rəsmi açılışdan sonra komandalar arasında yarış keçirilib. <p">AFFA-nın vitse-prezidenti R.Əliyev Quzanlıdan olan yeniyetmə futbolçulara forma dəstləri, toplar hədiyyə edib.  

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.