Keçmiş azərbaycanlı deputat girov götürülüb


Keçmiş azərbaycanlı deputat girov götürülüb

Font ölçüsü

Ukraynanın Luqansk şəhərində keçmiş azərbaycanlı deputat, hazırda iş adamı kimi fəaliyyət göstərən şəxs yaraqlılar tərəfindən girov götürülüb. Luqansk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, bu, əslən Bakı şəhərindən olan, Ukrayna vətəndaşı, Luqansk vilayəti Şurasının keçmiş deputatı, iş adamı Azad Vəliyevdir.

 Məlumata görə, A. Vəliyevin oğlu Elşən Vəliyev atasının iki həftəyə yaxındır ki, itkin düşdüyünü deyib. O,  adını çəkmək istəmədiyi şəxslərə istinadən atasını yaraqlılar tərəfindən döyüşən kazakların girov götürdüyünü bildirib. A. Vəliyev 2006-2010-cu illərdə Luqans vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.

 Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA –ya açıqlamasında bildirib ki, keçmiş deputatın tapılması ilə bağlı yerli qurumlarla birgə araşdırma aparılacaq. d4252df0812201f85d659cea782dc154

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.