Lənkəran rayonu zirvələrə doğru


Lənkəran rayonu zirvələrə doğru

Font ölçüsü

len1.jpg

Taleh Qaraşovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir


Etiraf etməliyik ki, eyni bir subyektin keyfiyyət və fəaliyyətinə dair rəy müxtəlifliyi mövzusu bu gün müzakirə yaradacaq qədər aktual deyil. Bununla belə həmin müxtəliflik öz əksini eyni bir mətbu orqanının səhifələrində tapan zaman bəzi iradlar qabarmaq istəyir. Halbuki, müəllifin rəyi redaksiyanın rəyi ilə eyni olmaya bilər şüarını heç kim ləğv etməyib. Bu gün daha çox maraq doğuran tendensiya uzun müddət ərzində bir təşkilatın fəaliyyəttinə dair yalnız müsbət rəylər almaqdır. Əminliklə deyə bilərik ki, Lənkəran Rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə redaksiyamıza daxil olan məlumatlar da daha çox xoş ovqatlı, quruculuq ruhlu ifadələrlə təqdim olunur.

Taleh Qaraşovun Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğundan sonra keçən müddət ərzində bu materiallarda Lənkəran şəhərinin özündə, ətraf kənd və qəsəbələrdə, eləcə də eyni səlahiyyət dairəsinə aid olan bütün ərazi vahidlərində müşahidə olunan iqtisadi inkişaf, rifah yüksəlişi əhatəli şəkildə əks olunub. Davamlı olaraq Lənkəranın sosial-iqtisadi inkişafı üçün görülməsi vacib olan işlərin tam sürətlə və uğurla icra olunduğu barədə təfsilatlar da təqdim olunub. Lənkərandan aldığımız yeni məlumatlarda da bölgədə ictimai həyatın dinamik məcrada, quruculuq fəaliyyətinin müşayiəti ilə davam etdiyi vurğulanır. Bu gün Lənkəranda yenə də əksər sahələrin fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Lənkəran tutur. Qeyd edək ki, Lənkəran son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Taleh Qaraşovun gərgin əməyinin nəticəsidir. Belə ki, Taleh Qaraşov Lənkərana rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Lənkəranda görüləcək işlər çoxdur. Həm də Lənkəranlılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Taleh Qaraşov əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Lənkəran yalnız özünün limonu ilə məşhur idisə, indi gözəlliyi, turizm zonası olması ilə ad çıxarmağa başlayıb. Onların sözlərinə görə, indi Lənkəran şəhərinin, demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. 5-6 aydan sonra bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə etmirlər. Qeyd edək ki, Taleh Qaraşov icra başçısı gələndən sonra bütün dövlət əhəmiyyətli binaların açılışı olub. Bütün parklar yenidən qurulub. Bütün yollar təmir olunub. Sonda onu da bildirək ki, hal hazırda Lənkəranda yeni layihələrin reallaşdırılmasına, böyük işlərin görülməsinə, yeni-yeni abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə start verilib. Taleh Qaraçovun rəhbərliyi altında keçirilən bu işlərin yaxın aylarda özünün bəhrəsini verəcəyi isə şübhə doğurmur.

Ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə yüksək nəticələr əldə olunmuşdur. Əldə olunmuş müsbət dəyişiklikləri rayon üzrə statistik göstəricilər də təsdiq edir.
Cari ilin 9 ayında rayonda 2024 yeni iş yeri açılmışdır, onlardan 1583-ü daimi iş yerləridir.
2014-cü ilin doqquz ayında Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı artan templə davam etmişdir. 9 ay ərzində rayonda ümumi məhsul buraxılışı 3.1 faiz artaraq 291.4 milyon manat təşkil etmişdir. Sənayedə 14.8 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 5.6 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 3.2 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 71 faiz təşkil etmişdir.
Məruzəçi rayonun nəqliyyat, telekommunikasiya və poçt sahələrində görülmüş işlər barədə məlumat vermiş, aqrar sahədə həyata keçirilən tədbirlərdən danışmış, sahibkarlığın inkişafından bəhs etmişdir. Rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını söyləyən İ.Rəhimov qeyd etmişdir ki, şəhərin giriş qapısı olan Ürgə-Göyşaban kəndi ərazisində, Hava limanına gedən yolda, şəhərin Akademik Zərifə Əliyeva, F.Məmmədov, Ş.Axundov, P.Təhməzov, Koroğlu küçələrində və Həzi Aslanov xiyabanında müasir hasarlar tikilərək ağ laylarla üzlənmiş, səkilərə tamet və bardürlər düzülmüş, müasir küçə işıqlandırıcıları quraşdırılmışdır. Milli Qəhrəman Əsgər Əliyev adına park yenidən qurulmuş, parka daha keyfiyyətli tamet döşənmiş və yeni bardürlər düzülmüş, müasir işıqlandırıcılar quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmiş, divarlar ağ layla üzlənmişdir. Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenilənərək mərmər üzlüklə işlənmişdir. Xocalı soyqırımı abidə-kompleksində yeni tamet, bardür düzülmüş, abidə ətrafına qranit döşənmiş, abidə arxasındakı güşə yenilənmiş, müasir işıq dirəkləri quraşdırılaraq istifadəyə verilmişdir. Heydər Əliyev Xatirə parkında təmir işləri aparılmış, işıqlandırıcılar təzələnmiş, yeni oturacaqlar qoyulmuş, dekorativ ağac və gül kolları əkilmişdir.
Ümumilikdə rayon ərazisində küçə, bağ və parklarda divarlara 13250 kvm ağ lay vurulmuş, səkilərə 22700 kvm tamet və 5.7 min paqonometr bardür düzülmüş, 300-dən artıq yeni işıq dirəkləri quraşdırılmış, iki ədəd çoxmərtəbəli yaşayış binasının ümumilikdə 3500 kvm dam örtüyü əsaslı təmir edilərək yenidən qurulmuş və bir ədəd dördmərtəbəli binanın fasadına müasir üslubda üzlüklər döşənərək rənglənmişdir. Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 15 çoxmərtəbəli yaşayış binasının ikisində bərpa-gücləndirmə işləri aparılmışdır. Hazırda rayon ərazisində abadlıq və quruculuq işləri davam etdirilir. Belə ki, şəhərin küçələrində hasarlar rənglənir, fərdi yaşayış evlərinin dam örtükləri və fasadı yenilənir.
Cari ilin 9 ayında şəhər İcra hakimiyyəti tərəfindən Dövlət vəsaiti hesabına şəhər daxili küçələrdə 39.2 min kvm yol əsaslı təmir edilmiş, rayonun Darquba kəndində 2500 kvm, Boladi kəndində 750 kvm, Liman şəhərində 4500 kvm yola asfalt döşənmişdir.
2014-cü ilin 9 ayında rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 68.5 milyon manat investisiya yönəldilmişdir.

Bu ilin 9 ayında rayonun təhsil müəssisələrində təlim-tərbiyə sahəsində müəyyən işlər görülmüşdür. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədi ilə fənn olimpiyadaları, inşa müsabiqələri keçirilmişdir. Ötən tədris ilində orta məktəbi bitirən 1699-nəfər məzundan 900 nəfəri ali məktəbə qəbul olmaq üçün sənəd vermiş, onların 473 nəfəri ali məktəbə qəbul olmuşdur ki, bu da keçən ilki nəticədən 13 nəfər çoxdur. Qəbul olunanlardan 33 nəfəri 600-dən yuxarı bal toplamışdır. Bir nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.
Təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün də tədbirlər davam etdirilmişdir. Cari tədris ilinin başlanması ilə əlaqədar şəhər 8 saylı, Qurunba, Yuxarı Nüvədi, Daştalığjar, Tütəpeştə, Xanbulan, Bəleton, Şağlaser, Separadi, Tükəvilə məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilmiş və şəhər 2 saylı orta məktəb əsaslı təmir edilmişdir. Darquba kənd tam orta məktəbin tikintisi davam etdirilir. Sahibkar tərəfindən 120 uşaq yerlik baxçanın tikintisinə başlanmış hazırda tikinti işləri davam etdirilir.

Yuxarıda yazıda göstərilən faktlar hörmətli Taleh Qaraşov cənablarının peşəkar, səriştəli ona göstərilən yüksək etimadı layiqincə doğruldan, etibarlı dövlət məmuru olmasınıın parlaq göstəricisidir.

Orxan İbrahimli

Özəl yazılarda istinad zəzuridir

İdeologiya.az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.