Bakıda internat məktəbində 10 yaşlı uşağı yandırdılar


Bakıda internat məktəbində 10 yaşlı uşağı yandırdılar

Font ölçüsü

Oktyabrın 29-da Bakıda yerləşən internat məktəbində yaşayan uşaqlardan biri yanıq xəsarətləri alıb. Lent.az-ın anspress.az-a istinadən məlumatına görə, 11 saylı İnteqrasiya təlimli İnternat məktəbində 10 yaşlı Surxay adlı uşaq həmyaşıdı Fatehin üzərinə qaynar su tökərək yandırıb. Nəticədə Fateh Quluzadə qulaq və boyun nayihəsindən ağır yanıq xəsarətləri alıb.

Hadisə oktyabr 29-u axşam 21:30-da baş verib. Fateh xəstəxanaya aparılmadığından onun yanıqlarına infeksiya düşüb və açıq yaraya çevrilib.

Azərbaycan Uşaq Fondunun Bakı şöbəsinin sədri, hüquq müdafiəçisi Teymur Rzayev hadisədən xəbərdar olduğunu bildirib: "Hadisənin səhəri günü, yəni 30 oktyabrda  Mülkücahan müəllim mənə zəng vuraraq dedi ki, internatda uşaq yanıb. Hadisənin axşam növbəsində törədildiyini bildirdi mənə. Hadisədən xəbər tutan kimi həmkarım, hüquq müdafiəçisi Nigar Hüseynqızı ilə birlikdəəvvəlcə Sabunçu rayon 14-cü Polis Bölməsinə getdik. Orada Yetkinlik yaşına çatmayanlarla profilaktik şöbəsinin əməkdaşı Rafiq İsmayılovla birlikdə İnternata yollandıq. Sözün düzü, elə hadisə barədə məlumatlandırılmağından Rafiq bəy özü də təəccübləndi. Biz ora çatanda İnternatın direktoru Gülnarə Abdullayeva tək deyildi. Onun otağında təhsil nazirliyinin uşaq hüquqları müdafiəsi və deinstitutlaşma idarəsinin əməkdaşı Həbib Kərimov vardı. Belə başa düşdük ki, hadisə iləəlaqədar bir araya gəlmişdilər. Biz içəri daxil olduqdan sonra Quluzadə Fatehin vəziyyəti ilə maraqlandıqda, hər ikisi belə bir hadisənin baş vermədiyini deyərək, təkzib etdi. Baş verənləri bizdən gizlətmək istədilər. Məsələnin nə yerdə olduğunu öyrənmək məqsədilə həmkarım Nigar xanımla birlikdə sərbəst araşdırma apardıqda məlum oldu ki, 2004-cü il təvəllüdlü Quluzadə Fateh Rəfael oğlunun yanıq xəsarətləri alması ilə bağlı heç bir xəstəxanaya və polis bölməsinə məlumat daxil olmayıb. Ən dəətlisi isə bu idi ki, bizə 10 yaşlı uşağın yatdığı yerdə yandırıldığını dedilər”.

Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva isə açıqlamasında, Fatehin vəziyyətinin deyildiyi kimi ağır olmadığını deyib: "Fatehin yanıqlarına internatımızın tibb bacısı nəzarət edir. Lazım olan dərman və tibbi ləvazimatları isə özümüz alırıq. Uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını düşünürük. Fatehin anası özü həkimdir. Təbii ki, uşağının yarası ilə o da məşğul olur, narahat olmağa dəyməz".

Əqli inkişafdan geri qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların niyə nəzarətsiz qaldığını və qaynar suyu necəəldə etdiyi barədə suala G.Abdullayeva belə cavablandırıb: "Biz uşaqları nəzarətsiz qoymuruq. Hər növbənin öz müəllimləri və dayələri var. Hadisə uşaqlar yatmağa hazırlananda baş verib. Fateh autizm xəstəsi olduğundan çox narahat uşaqdır. Bizim Günay müəllim həmişə onun əlindən tutur. Surxay da çox nadincdir. Hadisə bir anda baş verib. Növbədə Nəbi müəllim və Ruqiyyəəllim olub. İzahatlarını almışam. Surxayı da ayaq üstə saxlamaqla cəzalandırmışam. Hadisə baş verən kimi anasını məlumatlandırmışam. Mənə hər bir uşaq əzizdir".4f377597a83fe1f0ac5b57833b155719

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.